R. R. Denktaşa bağışlayıram



Yüklə 6,07 Mb.
səhifə76/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   ...   72   73   74   75   76   77   78   79   ...   92
İ.Tatarlı:Doğru söyləyirsiniz, oxşarlıqlarımız çoxdur. 1985-ci ildən gizli şəkildə Bolqarıstan Türklərinin Milli Azadlıq Hərəkatı adlı təşkilatı qurmAğa başladıq. Həmin ilin dekabrın 8-də Dobruca və Varna təşkilatlarının birlikdə ilk toplantısı keçirildi. Hərəkatı yaradan 18 arkadaşımız idi. Onların sırasında ali məktəbdə müəllim işləyən, fəlsəfə elmlər doktoru Ahmet Doüan, Necmeddin Hakk, Kasım Dal, İbrahim Arif, Salih Ahmet və başqaları vardı. Təşkilatın tərkibinə: 1) Dobruca — Varna, Dobriç, Silistre; 2) Rumeli — Kırcalı, Naskovo, Plovdiv, Burqas, Sliven; 3) Deliorman — Razqrad, Şumen, Trqovişe, Ruse bölgələri daxilidi. Türklərin toplum və karma (qarma-qarışıq) yaşadıqları bölgələri gəzdik. Fikirlərimizi əhaliyə çatdırdıq. Onu də deyim ki, gücə güclə cavab verməyi qarşımıza məqsəd qoymamışdıq. Silahlı dəstələr, terrorçu təşkilatlar yaratmadıq. Bizim təşkilat həm də barışdırıcı, sülhsevər missiyasını yerinə yetirirdi. Lakin bu o qədər də uzun çəkmədi. 5-6 ay sonra — 12.06.1989-cu ildə örgütümüz açıqlandı. Ahmet Doüan yakalandı, örgütün üzvlərinə bir kaç sənədən 10 sənəyə qədər cəza verildi.

Lakin bu da uzun çəkmədi. Sovetlər Birliyinin çökməsi partiya üzvlərimizin azadlıüa çıxmasına, Bolqarıstanda rejimin yumşalmasına səbəb oldu. 22 dekabr 1989-cu ildə Doüan və tərəfdarları amnistiyaya düşdülər. Elə həmin ilin dekabrın 24 və 28-də Drendar və Varnenskoda, 4 yanvar 1990-cı ildə isə Varnada toplantılar keçirildi. 26-27 mart 1990-cı ildə Sofiyada birinci konfransımızı, 27-28 noyabr 1992-ci ildə ikinci konfransımızı, 30 noyabr — 1 dekabrda üçüncü konfransımızı keçirdik. Hərəkatın 29-30 yanvar 2000-ci ildə Sofiyada keçirilən İV konfransında göstərildi ki, 25 vilayət, 160 icma, 1200 yerli təşkilatımız var. Hərəkat üzvlərinin sayı isə 32 min nəfərdən artıqdır. Bolqarıstanda ikinci təşkilat sayılırıq. Parlamentoda millət vəkili yerlərimiz var. bütün bunlar onu göstərir ki, ölkədə vəziyyət normallaşır.




Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin