R. R. Denktaşa bağışlayıram



Yüklə 6,07 Mb.
səhifə77/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   ...   73   74   75   76   77   78   79   80   ...   92
Ə.Şamil:İbrahim bəy, Türkiyədə yaşayan Bolqarıstanlı türklərlə söhbətdə bu nikbinliyi hiss etmirik. Bolqarıstanda hələ də öz soyadını, milliyətini bərpa edə bilməyən minlərlə insanın olduğunu söyləyirlər.

İ.Tatarlı: — Bunlar Doğrudur. Bir neçə səbəbi var. Türkiyə bolqarların ölkəyə sərbəst girişinə icazə verdiyi halda, Bolqarıstanda yaşayan türklərin gəlişini əngəlləyir. Bununla köçün qarşısını almaq istəyir, qorxur ki, türklər gələndə ölkədə müxtəlif üsullarla sığınacaq tapıb qalsınlar və geri dönməsinlər. Bolqar adı-soyadı daşıyan türklər isə Türkiyəyə qohumlarının yanına və ya başqa bir iş üçün rahat gəlib-gedə bilirlər.

Bu bir səbəbdisə də, Bolqarıstanda soyadlarının bərpası sahəsində də xeyli bürokratik əngəllər var. Gərək bələdiyyəyə, məhkəməyə və b. təşkilatlara müraciət edəsən ki, soyadını bərpa edə biləsən. Buna görə də hələ 200 min nəfərə yaxın türk öz soyadını bərpa edə bilməyib. Yəqin yaxın gələcəkdə bu əngəllər də aradan qalxacaq.



Ə.Şamil:İbrahim bəy, çox sağ olun. Sizə və bolqar türklərinə işlərinizdə uüurlar arzulayıram.
***

Bolqarlar Rusiyanın və Avropa dövlətlərinin təhriki və təzyiqi ilə dəfələrlə üsyan qaldırdılar, döyüşdülər, öldülər, öldürdülər, müstəqillik əldə etdilər. Lakin qurduqları bu müstəqil dövlətin birinci knyazı olan şahzadə A.Böttenberq milliyyətcə alman idi. Xarici siyasətdə də Avstriya-Macarıstan və Almaniyaya rəğbət bəsləyirdi. Buna görə də 1886-cı ilin avqustunda rusiyapərəst zabitlər tərəfindən devrildi. Lakin az sonra avstriyapərəst S.Stambolovun başçılığı ilə yenidən çevriliş oldu. Koburqski knyaz seçildi, S.Stambolov hökümət təşkil etdi, diktatura rejimi yarandı. Lakin ümumi narazılıq nəticəsində 1894-cü ildə Stambolov höküməti istefa verdi. Yeni hökumət 1896-cı ildə Rusiya ilə diplomatik münasibətləri bərpa etdi və rusiyapərəst mövqe tutmAğa başladı.

Bolqarıstanın tarixini, İ.Tatarlının söhbətlərini xatırlayanda qeyri-ixtiyari yadıma Ozan Arifin “İbret dastanı” düşür:
Şu Kölnün radyosundan konuştu itin biri!

İsmini demiyeyim ağzıma değer kiri,

Gitmiş, gezmiş Bulqarda, katliam yokmuş heri!

Bunlar böyüle alçaktır, saptırırlar hep kasten,

Kahrolsun kommünistler, kahrolsun Bulqaristan.
***

Ey…Aziz Türk milleti, sahip olbirliğine,

Müslüman Türkün dostu, müslüman Türktür yine,

Bu gerçeği görürsün, bakarsan tarihine,

Çoğu Türk olduğundan, bak yanlız Afqanistan,

Kahrolsun kommünistler, kahrolsun Bulqaristan.
***
Kınamakla iş bitmez, dinle beni Ankara…

Yurtta sülh, cihanda sülh”, unut gitsin birara,



Başka türlü imkansız, deva bulmaz bu yara,

Halifenin kılıncı kurtulsun artık pastan,

Kahrolsun kommünistler, kahrolsun Bulqaristan.
***
Ey gözleri kör olmuş, vicdanı nasır dünya,

Yontmataş devri değil, yırmıncı asır dünya,

Yamyam bile hür bu gün, Türk neden asır dünya?

Ozan Arif: Dünyaya ibret olsun bu destan,

Kahrolsun kommünistler, kahrolsun Bulqaristan!


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin