ELÇİBEY
HAKKIN RAHMETİNE KAVUŞTU.
Bütün Türk Dünyasına Başsağlığı Diliyoruz.
Cenazesi, gerek Türkiye’de gerek Bakü’de alelacele kaldırılan Elçibey, 250.000.000 Türk Milletinin kalbinde unutulmaz ve silinmez bir yer almıştır. Vakıf olarak onun mübarek naşını Bakü’de karşılama, arkasından 3,5 saat yürüme, İlimler Akademisi’nde duygularımızı dile getirme ve ebedi istirahatgahına gömme vazifemizi yerine getirmenin huzuru içindeyiz.
Prof.Dr.Turan YAZGAN
ELÇİBEY’İN VEFATİNA TARİH
Türklüüün çare-i tevhidini sorduk. OĞUZ’a
Nice bir birleşelim biz, nice hasret bitsin,
Elçi’nin mevti olup geldi şu cevherli cevab
ELÇİBEY TANRİ’ya TURAN için elçi gitsin”
Hicri 1421
Erk YURTSEVER”
(Dərgidə Sabir Rüstəmxanlının “Elçibey’in Hastalığı”, və KamilVəli Nərimanoğlunun “Elçibey Çağdaş Türkçülüğün İdeologudur” məqalələri də verilib.)
Doğuda vəfat tarixinin əbcədlə yazılma ənənəsi olub. Amma, 20-ci yüzildə keçmiş Sovetlər birliyində yaşayan müsəlman xalqlarına bu unutdurulmuşdu. Sağ olsun, Erk Yurtsever qardaşımız bir daha bizlərə ənənəni (gələnəyi) bərpa etməyin mümkünlüyünü göstərdi.
Aişə xanıma da Erk Yurtseverin əbcədlə yazdığı dördlüyün bizdə xoş təəssürat oyatdıüını bildirdik. Və müəllifə təşəkkürümüzü çatdırmAğı xahiş etdik.
Aişə xanım “Orhun” dərgisinin də Elçibəyin ölümü ilə bağlı xüsusi nömrə hazırladıüını bildirdi. Bizdə elə həvəs oyatdı ki, dərgiyə gedib onu hazırlayan kollektivə minnətdarlığımızı bildirmək istədik. Aişə xanım Vakfda çalışan gənclərdən birinə bizə bələdçilik etməyi tapşırdı. Çox təəssüf ki, yaxınlıqda olan dərginin yerləşdiyi binanı tapa bilmədik. Belə olanda Vaqif Sultanlının təklifi ilə İstanbulÜniversitesinin ədəbiyyat fakültəsinə dönüb Prof. Dr. Osman Fikri Sertkayayla görüşməyi qərara aldıq. Osman bəy görüşümüzdən çox məmnun qaldı. Mənə sevinc içərisində: “Əmin Abidin “Azərbaycan Türklərinin ədəbiyyatı tarixi”ni çapa hazırlamışam, lap vaxtında gəlmisən, onu mütləq oxu! Qoy səhvsiz çap olunsun. Ön sözü də sənin iki məqalən əsasında yazmışam. Öz imzamı qoymadım, institutun adı ilə verdim” — dedi.
Bu xəbər məni də bərk sevindirdi. Dörd-beş il öncə Osman bəylə görüşəndə İstanbula getməyə, Universitetin arxivində Əmin Abidin “Azərbaycan Türklərinin ədəbiyyatı tarixi” kitabının son cildindən, eləcə də Əmin Abidin müəllimi Fuad Köprülüyə bağışlamış olduğu “Azərbaycan Türklərinin ədəbiyyatı tarixi” kitabının əlyazma nüsxəsindən istifadə etməyə imkanım olmadığını söyləmişdim. Xahiş etmişdim ya özü, ya da tələbələrindən biri bu əsərə diqqət yetirsin. Osman bəy isə: “Belə bir əsər olsaydı, diqqətimizdən yayınmazdı. Mən Əhməd Cəfəroğlunun tələbəsi olmuşam. Əhməd bəy isə Azərbaycan ədəbiyyatına aid bütün qaynaqların yerini əzbər bilirdi. O, bu haqda bir söz söyləməyib. Neçə illərdir mən də bu işlə məşğulam. Elə bir əsər olsa rastıma çıxardı” — dedi.
Dostları ilə paylaş: |