R. R. Denktaşa bağışlayıram


Soldan: Prof.Dr.Vaqif Sultanlı



Yüklə 6,07 Mb.
səhifə80/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   ...   76   77   78   79   80   81   82   83   ...   92
Soldan: Prof.Dr.Vaqif Sultanlı,

Prof.Dr.Osman Fikri Sertkaya və Əli Şamil

Bu zaman Əhməd Bican Ercilasun söhbətimizə müdaxilə edərək: “Osman bəy, Əli bir şey bilməsə deməz. Sən bir vaxt tap, bir də o yerləri nəzərdən keçir” — dedi. Osman bəy də razılaşdı.

Prof. Dr. Osman Fikri Sərtkaya 1999-cu ildə Bakıda keçirilən “Dədə Qorqud” konfransına gələndə mənə F.Köprülü arxivindəki Əmin Abidin “Azərbaycan Türklərinin ədəbiyyatı tarixi” kitabının əlyazmasını tapdıüını və çap üçün hazırlamağa başladığını söyləmişdi.

Osman bəyə Kıbrısa gedəcəyimizi, cəmi bir-iki saat vaxtımız olduğunu söylədim. Danışdıq ki, geri dönəndə vaxt tapıb kitabın heç olmasa ön sözünü oxuyum. Çox təəssüf ki, buna da vaxt olmadı.

Özbək şairi və araşdırıcısı Tahir Kahhar da məni məyus etdi. Ona “Türk xalqlarının tanınmış adamları” ensiklopediyasının sözlüyünü göndərmişdim ki, oxuyub düzəlişlər və əlavələr etsin. İşin həcminin böyüklüyü və məsuliyyəti onun gözünü elə qorxudub kitaba heç əldə vurmamışdı. Qaraqalpaqlı araşdırıcı SarıgülBahadırova isə sözlüyün üzərində işləyə bilməməsinin səbəbini Özbəkistanda hələ də DTK (KGB) arxivlərinin açılmaması ilə əlaqələndirdi.

Makedoniyalı Nusret Dişo Ülkü ilə yenə əvvəlki hay-küylə görüşdük. Onun sevinci mənə də sirayət etmişdi. Xeyli hal-əhvaltutduq. Şəxsi həyatı, yaradıcılıüı ilə maraqlandım. “Tanıdığım İnsanlar” kitabımı bağışladım. Kosovalı İskəndər Muzbeğin şəklini və haqqında məqaləni görəndə uşaq kimi sevindi. İskəndərlə yerli olmaqla yanaşı həm də dost olduqlarını, çox təəssüf ki, az-az görüşdüklərini söylədi.

— Siz Azərbaycanlılar yenə də bizdən öndəsiniz. Bizi Qafqazda tanıdırsınız. Heyf ki, biz sizləri layiq olduğunuz qədər tanıda bilmirik — dedi və incə bir səmimiyyətlə əlindəki kitabı göstərib: — Bu birincisidir, bilə bilərəmmi mən neçənci kitabda olacam? — dedi və güldü. Mən də ona qoşulub gülərək: — yəqin on beşincidə — deyə zarafatla cavab verdim. — Yox, ona mənim ömrüm çatmaz! — deyə Nusret bəy də zarafat etdi və qalxıb otAğından bir kitab gətirdi. “Kabıma sıümıyorum (35 yılın şerleri)” kitabına belə bir avtoqraf yazmışdı: “Nusret Dişo Ülküden Azeri kardeşim Ali Şamile en derin saygı ve sevgilerle. 15.11.2000. Gazimağusa. K.Kıbrıs.”

Mən kitabı gözdən keçirə-keçirə : “Nusret bəy, öten konqre zamanı söhbət etdiyimiz “ətli-kəmikli konu”da neçə konqre, simpozium keçirdiniz? — deyə sakitcə xəbər aldıqda, o bir az duruxdu, sonra: — Hə, hə, bir kaç simpozium oldu. Amma sən istədiyin konqre olmadı. Ona barmaq basan tapılmır” — dedi və əlavə etdi: — Mütləq elə bir konqre keçirəcəyik. Onda səni də dəvət edəcəyik — söylədi. Mən isə: — Sağlıq olsun — deməklə kifayətləndim.




Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin