R. R. Denktaşa bağışlayıram



Yüklə 6,07 Mb.
səhifə81/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   ...   77   78   79   80   81   82   83   84   ...   92
Maraşı da gördüm
Kasımın 15-də K.Kıbrısda müstəqillik günü olduğundan konfrans öz işini dayandırdı. Həmin gün Atlılar, Muratağa, San­dallar köylərindəki toplum məzarlıqları ziyarət etdik. Lefkoşada yalnız tarixi abidələr,prezident sarayı, bizim İçərişəhəri xatırla­dan dar küçəli XVIII-XİX yüzilin Lefkoşasını gəzməklə kifa­yətlənmədik. Şəhərin mərkəzi parkına da getmək istədik. Park ucada yerləşdiyindən buradan rum tərəfi aydın seyr etmək olur. Çox təəssüf ki, bu arzumuzu gerçəkləşdirə bilmədik. Təmir getdiyinə görə mərkəzi parka giriş bağlı idi. Bayramı Türklər qeyd etsə də bu tərəfdə sakitlik idi. O biri tərəfdə isə bir neçə yerdə ucadan rum musiqisi oxudurdular. Sanki bu bayramın hay-küyünü eşitməkdən qorxurdular.

Lefkoşanın, Girnenin tarixi abidələrilə tanış olduq, Bellorais monastrının həyətindəki restoranda nahar etdik.

Tanışlardan xəbər tutmaq istədim. Mahmud İslamoğlu Lefkoşada yaşayır. Xəstə olduğundan ictimai, elmi fəaliyyətlə fəalməşüulola bilmir. Ondan yaşca böyük olan Harid Fedai isə gənclik enerjisi ilə çalışır (18-ci yüzilin sonları 19-cu yüzilin önləri). Kıbrısda Doğulmuş və orada da müftülük etmiş şair Hilmi Efendinin şerlər kitabının ikinci əlavəli baskısını “Ali Hüseynoğlu Beyefendiye Kıbrıs hatırası. Harid Fedai. MAğosa, 14.11.2000.” avtoqrafıyla mənə bağışladı.

Əhməd Günəşlə, ErtuürulApakanla da görüşə bilmirik. MAğosada yaşayan Əhməd Yorüançıoğlu da evdə yoxdur. Rektor danışmanı işləyən Prof.Dr.Hasan Cicioğlunun katibəsinə iki dəfə zəng vursaq da yerində olmadığını, qonaqlarla getdiyini söylədi. Kıbrısda olduğumuz üçüncü gün axşamüstü gənclərdən biri məni Hasan bəyin otağına götürür. Bir stəkan çay içdikdən sonra: — Ankaradan qonaqlarım var. Əzim Süslügilburadadır. Onları Maraşa aparmağa icazə almışam. İmkandan yararlanıb sizi də oraya aparmağı qərara aldım. Konfransın proqamından xəbərda­ram. Axşam yeməyinədək gəzib gələcəyik — dedi.

Bu təklif mənim üçün gözlənilməz oldu. Hasan bəyin CİP-ində universitet şəhərciyindən Mağosaya Doğru yolalırıq. O, evinə zəng vurub oğluna və qızına həyətə düşməyi tapşırdı. Ayaqüstü də olsa, Hasan bəyin övladları ilə tanış olduq.

Ötən dəfələrdə görə bilmədiyim Maraşı bu dəfə gördüm. Osmanlı hökümətinin vəkf torpağında salınmış 6 hektarı əhatə edən şəhərcikdə indi yalnız hərbizilərə rast gəlmək olur. Atatürk ilk dəfə Ankarya gələndə onu qarşılamAğa çıxmış şəhər nümayəndələrinin nəvə-nəticələri ənənəyə sadiqdirlər. Ata-babaları Atatürkü hansı geyimdə qarşılayıblarsa, onlar da həmin geyimdə Atütürkün adı ilə bağlı toplantılara qatılırlar. Onlarla birlikdə şəkilçəkdiririk.

Hasan Cicioğlu aralıda görünən bir binaya işarə ilə: — O binanı görürsünüz? Üstündə Bayrağımız dalğalananı — deyirəm. Televiziyaya, Mediyaya bir neçə gün mövzu verən o binadı. Rumlu gənc onun üzərindəki bayrağı endirməyə qalxmışdı. Qəhrəman mehmetcik onu armud kimi yerə saldı! — deyir. Hasan bəy yanlışlıüa yolvermiş bir gəncin ölümünə baisolmuş bir atəşdən deyil, sanki uüurlu bir ovdan söhbət açan ovçu təsiri ilə danışır.

Geri qayıdırıq. Mən Palm Beach hotelinə çatanda onlardan ayrılıram. Bu axşam hotelin restoranında Kuzey Kıbrıs Türk Cümhuriyyəti Cümhuriyyət Məclisi başkanı ErtuürulHasipoğlu Konqre iştirakçılarına qonaqlıq verəcəkdir. Hotelin foyesində gəzişib ötənləri xatırlayıram. Bir azdan Konqre iştirakçıları da gəlirlər.




Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin