və Prezidentin ömür yolu
Avqustun 27-də Lefkoşadakı Prezident sarayında Rauf Denktaşla görüşdük. Bu görüşə qəbul imtahanına hazırlaşan yeniyetməsayaq hazırlaşmışdıq. Yalnız söhbət mövzusu olacaq fakt və rəqəmləri deyil, Rauf Denktaşın ömür yolunu da öyrənmişdik. Əslində onun ömür yolu Kıbrısın son onilliklərinin tarixi deməkdir.
1924-cü il 27 Ocakda Bafda Doğulan Rauf ailənin altıncı çocuğu olub. Doğulandan 18 ay sonra anasını itirən Raufun iki qardaşı körpə ikən öldüyündən ailənin sonbeşiyinə çevrilib. Körpəliyini ana babasının və nənəsinin yanında, uşaqlığını isə ata nənəsinin yanında keçirib. 1930-cu ildə atası onu da böyük qardaşları kimi Türkiyədə oxumağa göndərib.
Dostları ilə paylaş: |