R. R. Denktaşa bağışlayıram


Kıbrısın Azərbaycan təbliğatçısı və Azərbaycanın Kıbrıs təbliğatçısı –



Yüklə 6,07 Mb.
səhifə2/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   2   3   4   5   6   7   8   9   ...   92
Kıbrısın Azərbaycan təbliğatçısı və Azərbaycanın Kıbrıs təbliğatçısı –

Ahmet Qazioğlu və Naxçıvan MR Baş naziri Becan Fərzəliyev

A.Qazioğlunun gəlişindən xeyli öncə Becan İbrahim oğlu Naxçıvan MR Ali Məclisinin sessiyasında Quzey Kıbrıs Türk Cümhuriyyətinin tanınması haqqında qərar çıxarılmasını təklif etmişdi. Millət vəkillərindən “Naxçıvan MR-in hər hansı bir dövlətin müstəqilliyini tanımaq hüququ olmadığ”ını eşidəndə o çeviklik göstərərək fikrini bu cür tamamlamışdı: “Naxçıvan MR Ali Məclisi Quzey Kıbrıs Türk Cümhuriyyətinin tanınması məsələsinin Azərbaycan Respublikası Ali Soveti sessiyasının gündəliyinə salınması təklifi ilə çıxış etsin”. Ancaq onun təklifi qəbul edilməmişdi. Kommunist blokundan olan millət vəkilləri etiraz etmişdilər. Onların fikrincə, Azərbaycan belə bir addım atsa, Yunanıstan və başqa ölkələr də Dağlıq Qarabağ Muxtar Vilayətini müstəqil dövlət kimi tanıyarlar.



Mübahisələrin belə gərginləşdiyi vaxtda Kıbrısın son 30 illik tarixini göz önünə sərən olmamışdı. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Rusiya Qafqazı işğal edəndən sonra buraya İrandan, Türkiyədən erməniləri köçürüb bölgədə üç dayağını möhkəmlətsə də, onlara nə mədəni, nə də inzibati muxtariyyət verməmişdi. Azərbaycan SSR yaradıldıqdan 3 il sonra – 1923-cü ildə öz ərazisində yaşayan ermənilərə Dağlıq Qarabağda muxtariyyət vermişdi.

90-cı illərin başlanğıcında isə Kıbrısın durumu tamam başqa idi. Bu durumu ilk dəfə bizə genişliyi ilə anladan A.Qazioğlu oldu. Naxçıvanda qarşısına qoyulmuş vəzifələri yerinə yetirdikdən sonra onu Bakıya göndərdik. Çox təəssüf ki, onun Bakı görüşləri umulan səviyyədə keçmədi. Dövlət adamları, rəsmi şəxslər onunla görüşməkdən çəkindilər. Qəzetlər gəlişini işıqlandırmadılar. Yalnız “Azadlıq” “Müxalifət” qəzetləri onunla kiçik müsahibələr verdi.

Ümumiyyətlə, Xalq Cəbhəsi hakimiyyəti ələ alanadək Quzey Kıbrısdan Azərbaycana gələnlərə münasibət QKTC Eğitim, Kültür və Gənclik bakanı Eşber Serakıncının “Azadlıq” qəzetinə (28 aprel, 1992-ci il, s.8.) verdiyi müsahibədəki kimi idi. O vaxt E.Serakıncı demişdi: “Biz dünyanın 75 ölkəsi ilə əlaqə qurmuşuq və bu ölkələrin heç birində nə iş adamları, nə də dövlət adamları bizi görəndə qaçıb gizlənmir”.

Jurnalistin “Demək, səfərinizin heç bir səmərəsi olmayıb?” - sualına isə E.Serakıncı “Azərbaycan Xalq Cəbhəsindəki görüşümüzdən gözəl təəssüratlar aldıq. Başlıcası isə, Azərbaycanı gördük, tanıdıq” – cavabını vermişdi.





Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin