Elçibəyə bizdən salam söyləyin!..
R.Denktaş danışır, Ağır-Ağır, aramla... İçimdə isə Ozan Arif haykırır, coşur, gur səsiylə...
Kıbrıs, Kıbrıs derlər, bir nazlı yardır,
Bu qərib könlümdə sevdası vardır,
Kıbrıs mənim üçün namusdur, ardır,
Namusuma göz dikmişlər duyarım,
Göz dikənin gözlərini oyarım.
Beşparmağa kına yaktım kanımla,
Gəlin etdim şərəfimlə, şanımla,
Kıbrıs için şaka olmaz bənimlə,
Bən Kıbrısı candan əziz sayarım,
Göz dikənin gözlərini oyarım.
Sanki bu mahnı Rauf Denktaşın ürək sözlərinə bəstələnmişdir.
Sİyasİ xadİmlərİn qərİbəlİklərİ
Rauf bəyin ailə qurması da söz-söhbətsiz keçmir. Gənclərimizə bir örnək olsun deyə, onun ailə qurması ilə bağlı yaranmış narahatçılığı da burada veririk. 1949-cu il Temmuzun 15-də gənc Rauf Aydın xanımla evlənəndə müsəlman qaydası ilə nikahını imam önündə qeyd etdirir. Xanımına başlıq olaraq iki yüz Kıbrıs lirəsi verdiyini də nikah kağızına yazdırır. Bu həmin illərdə olduqca böyük məbləğ imiş. Üstəlik ənənədən kənara çıxaraq boşanmaq haqqını da xanımına verir. Həmin illəri xatırlayanda Rauf bəy deyir: “Arkadaşlar beni bu bonkörlüğüm için çok kınadılar. Fakat benim açımdan mesele kadının eşitliğini, hatta üstünlüğünü vurgulamaktı...”
Boşanma hüququnun kimdə olmasından asılı olmayaraq nə Rauf bəy, nə də Aydın xanım bundan istifadə etdi. Möhkəm bir ailə quruldu. Bu nikahdan Raif, Münür, Sərdar dünyaya gəldi. Münür 1958-ci ildə 7 yaşında badamcıqlarında əməliyyat aparılarkən dünyasını dəyişdi. Həmin günlərdə Rauf Denktaş Türkiyədə idi. İngilislər rumlar məmnun qalsın deyə 40-50 Türkü TMT yetkilisi adı ilə birdən-birə tutuklayıb kamplara göndərmişdilər. Rauf bəy də TMT qurucularından idi. Onun adaya dönməsi həbsə getməsi demək idi. Buna görə də, oğlunun yasında iştirak etmədi. Digər oğlu Sərdar indi tanınmış siyasi xadim, bacarıqlı hökumət adamıdır.
Dostları ilə paylaş: |