R. R. Denktaşa bağışlayıram


Rauf Denktaş yeni şəkillər çəkməyə hazırlaşır



Yüklə 6,07 Mb.
səhifə29/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   ...   25   26   27   28   29   30   31   32   ...   92
Rauf Denktaş yeni şəkillər çəkməyə hazırlaşır.
Rauf Denktaş deyərkən, ömrü mübarizələrdə keçmiş bir siyasi xadim gözlərimiz önündə canlanır. Qəzet xronikalarında, televiziya kanallarında onu daim danışıq stolu arxasında, gərgin keçən dialoqlarda görürük. O, xalqının azadlığı, müstəqilliyi uğrunda bütün basqılara sinə gərərək bir addım da geri çəkilmir.

Bağımsızlıq elanından sonra Denktaş, həm didərgin düşmüş əhalini adaya qaytarmaq, həm dağılmış kənd və şəhərləri bərpa etmək, həm köçgünləri yerləşdirmək, həm də uluslararası danışıqlar aparmaq zorunda qaldı. 1977-ci ilin 12 Şubatında Makariosla, 1979-cu ilin 19 Mayısında Kiprianilə imzalanmış anlaşmaların hər biri bir insanın tarixdə yaşaması üçün yetərlidir. Rauf Denktaş yalnız yuxarıda adlarını çəkdiyimiz anlaşmaların müəllifi deyil, həm də 30 ilə yaxındır müxtəlif güclər qarşısında duruş gətirən, adadakı Türklərin hüquqlarının qorunması üçün BMT ilə danışıqlar aparan bir diplomatdır.

Amma onun şəxsi həyatının başqa bir tərəfi də var. Ailəsinə, istirahətinə ayırdığı tərəfi...

Rauf Denktaş siyasi və bədii kitabların müəllifi olmaqla yanaşı, nəfis bir fotoalbom da nəşr etdirib. Burada onun 44 fotosu toplanıb. Çoxu da təbiət mənzərəsi. Qoyun sürüsünü örüşə aparan gənc çobanın, çay gətirən yoxsul qarının, taxıl zəmisindəki qayğısız qız uşağının fotoları canlılığı, bədiiliyi ilə adamı heyran edir. İlin müxtəlif fəsillərində çəkilmiş rəngli fotoların hər biri sanki rəssam fırçasından çıxıb. Təbiətin belə əsrarəngiz, ecazkar anlarını duymaq, fotoya köçürmək üçün görəsən, insan ruhunun nə qədər incəliyi lazımdır?..




Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin