Komrat Dövlət Universitetinin rektoru Stephan Varban, Türkiyə folklor araştırmaları Kurumunun başkanı Ürfan Nasrettinoğlu, Əli Şamil və
Asiya Universitetinin rektoru Cəlil Nağıyev.
Arif Rəhimoğlu ilə 1992-ci ildə Kıbrısa gələndə bu hotelin açıq havadakı restoranında bizə gözəl bir qonaqlıq vermişdilər. Onda balaca çimərlik zolağında, necə deyərlər, iynə atsaydın adam əlindən yerə düşməzdi. Avropanın müxtəlif ölkələrindən, Kanadadan, ABŞ-dan, hətta uzaq Avstraliyadan gəlmiş turistlər burada çimir, Günəşlənir, ailələri ilə dincəlirdilər.
Gəzə-gəzə şəhərin Maraş adlandırılan bölgəsini seyr etməyə getdim. Qaldığımız hoteldən o qədər də uzaq olmayan Maraş qəlbimdə bir sızıltı, ağrı qoymuşdu. Bir zamanlar adanın bəlkə də ən gur yeri bura imiş. Dünyanın hər yerindən axın-axın gələn turistlər burada dincəlirmişlər. Çoxmərtəbəli hotelləri, restoranları, kazinoları və başqa əyləncə yerləri, bərq vuran reklamları ilə insanlara gəl-gəl deyən bu yerlər 1974-cü il olaylarından sonra xarabalığa çevrilib. 6 hektara yaxın sahə taxta hasarla çevrələnib. BMT Təhlükəsizlik (Əmniyyət) Şurası Qüvvələrinin nəzarəti altındadır. Küçənin ortasından asfaltı yarıb çıxan pöhrələr qollu-budaqlı ağaclara çevriliblər. Hər yeri kol-kos basıb. Binalar miskin bir görkəmdədir. Rum tərəfi ilə razılığa gəlmək mümkün olmadığından, adaya ildə xeyli xeyir verə bilən bölgə bu vəziyyətdədir.
5-10 addım o tərəfdə isə həyat qaynayır. İnsanlar elə bil ötüb keçənləri unutmuşdular. Səliqə-səhmanıyla göz oxşayan bir şəhərin qoynunda xarabalığın varlığına üzülməyə bilmirsən. Şəhərin küçələriylə addımladıqca abadlıq sanki mənə də Maraşın xarabalıqlarını unutdurur. Dodaqaltı Bedia Balsesin “Mağusa” şerini pıçıldayıram. Şer şairin soyadı kimi ruhuma hopur:
Dostları ilə paylaş: |