R. R. Denktaşa bağışlayıram


Gazimağusa şəhərinin qala divarları



Yüklə 6,07 Mb.
səhifə4/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   2   3   4   5   6   7   8   9   ...   92
Gazimağusa şəhərinin qala divarları.
Makedoniyalı İsgəndərin qurduğu dövlət güclənəndə ada onun tərkibinə qatılmış (miladdan öncə 333–323), sonra isə Ptolemey dövlətinə (miladdan öncə 294–58) daxil edilmişdi. Roma İmperiyası miladdan öncə 58-ci ildə buranı işğal etmişdir. Ada yeni eranın 395-ci ilində Bizansın, 648-ci ildə Ərəb Xilafətinin, 965-ci ildə yenidən Bizansın əlinə keçmişdi. 1191-ci ildə isə səlibçilər adanı işğal etmişlər. Azərbaycan tarixçiləri Ağqoyunlu hökmdarı Uzun Həsənin Osmanlı dövlətinə qarşı mübarizə üçün ada-dövlətlə diplomatik əlaqə qurduğunu yazırlar.

1489–1571-ci illərdə Venesiyanın tərkibində olan Kıbrısdan Osmanlı dövlətinə qarşı istifadə edilirdi. Osmanlı hökuməti diplomatik danışıqların nəticə vermədiyini görüb, adanı özü üçün zərərsizləşdirmək zorunda qaldı. Bu məqsədlə ortodoks Rumlar ilə katolik Venediklər (Venesiyalılar) arasındakı qarşıdurmadan bəhrələndi. Venediklərdən xilas olmaq istəyən ortodoks Rumlara yardım adı altında adaya qoşun çıxarıldı. Qaynaqlara görə, Türklər bu əməliyyatda 80 min şəhid verirlər.







Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin