Dostlarla görüş və yenİ tanışlıqlar
Qurultaylar, simpoziumlar, konqreslər yalnız elmi dəyərinə görə deyil, həm də ürəyin istədiyi insanlarla görüşüb, dərdləşmək imkanı verdiyinə görə həmişə məni özünə çəkir. Yenə də çoxdan görüşmədiyim Ahmet Gazioğlu ilə, Sivas Üniversitesinin hocaları Nazım Hikmet Pulat və Doğan Kaya ilə, İstanbuldan şair-araşdırıcı Tahir Kutsi Makalla, Ankaradan araşdırıcı Yaşar Kalafatla, Üsküpdən Hamdi Hasan bəylə və başqaları ilə görüşmək fürsəti buldum.
Qiyabi Tanıdığım Makedoniyalı şair Nusret Dişo Ülkü, Kosovalı şair Altay Suroy, Kayseridəki “Erciyez” dərgisinin baş yazarı Nevzat Türkten, Özbəkistanlı şair-araşdırıcı Tahir Kahhar və başqaları ilə də görüşüb dərdləşdik.
Konfrans günlərində təsadüfən bir süfrə arxasında əyləşdiyimiz Mehmet Tütüncü Azərbaycanla bağlı xeyli sual verdi. Azərbaycan, onun durumu ilə yaxından tanış olduğuna görə diqqətimizi çəkən bu gənc araşdırıcı, sən demə Hollandiyadakı
Dostları ilə paylaş: |