R. R. Denktaşa bağışlayıram



Yüklə 6,07 Mb.
səhifə57/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   ...   53   54   55   56   57   58   59   60   ...   92
Məni də bu düşündürür. Bundan böylə bizim də kəndimizə sormamız lazım: - “Nədən Balkan Türkləri get-gedə yozlaşıyor? Azalır və yozlaşıyor”. Bunu Ana ölkənin də düşünməsi lazım.

Bizdə bir örgütlənmə olmamış, hiss edilməmiş. Gerçəkdən bu soru çok önəmli. Bizdə şimdiyə kadar heç kimsə bunu konu etməmiş. İlk dəfə siz bunu yada saldınız. Bundan belə mən də düşünəcəyəm və başqalarına da çatdıracağam, həm də düşündürəcəyəm ətrafımı. Gerçəkdən bu karşılaştırmayı yapmadık. Hətta bu bir simpozium konusudur. Ən ətli-kəmikli konu bu.

- Nusret bəy, ölkələrimizin, xalqlarımızın taleyində oxşarlıq çoxdur. Rusiya Qafqaza özü qoşun yeridib işğal edirdisə, Balkanlarda serbləri, yunanları, bolqarları və başqa xalqları açıq və gizli dəstəkləyir, onları qızışdırır, qiyama təhrik edir, sonra da onlara kömək adıyla özü müdaxiləyə keçirdi. Avropa da, Rusiya da Osmanlı dövlətini məhv etmək üçün var gücü ilə çalışırdı. Ən çox dini faktoru önə çəkir, Osmanlıların müsəlman, Balkan xalqlarının xristian olduğunu xüsusi vurğulayırdı.

Qafqaz, xüsusən də Azərbaycan Rus orduları tərəfindən işğal olunanda, Rusiya hətta Türk olan xristian Qaqauzları da öz tərəfinə çəkərək, onları ata-baba yurdlarından köçürüb Bucak çölünə - indiki Moldova Cümhuriyyətinə, oradan qovulmuş, sürgün edilmiş noqayların yerinə gətirdi.

Aradan yüz illər keçdi. Balkan xalqları da, Qafqazlıların bir qismi də aldadıldıqlarını anladılar. İndi yenə Türkiyə tərəfə üz tuturlar. Bununla isə nə Rusiya razılaşmaq istəyir, nə də dünyanın başqa gücləri.

Amma zaman da öz işini görür. İmperiyalar bir-birinin ardınca çökür. Bu çöküntünün xarabalıqları altında qalmamaq üçün biz Türklər də ayıq olmalı, bir-birimizə yardım etməliyik. Mədəniyyətimizi, dilimizi, tariximizi ortaya qoymalıyıq.

- Doğru söylədiniz. Bir az da canı yakan söylədiniz. Bayaq “Tito Koçaklaması” kitabımı da araya gətirdiniz. O kitab mənim zamanla uyuşan görüntüm idi. Millətçi yazılarıma yol açmaq üçün onları yazdım. O çətin günlərdə mən “Atatürk koçaklaması”, “Bayrağımız” kibi şerlər də yazdım.

Sizləri də ona görə çox sevdim ki, heç şeyə göz yummursunuz. Mənə elə gəlir biz Balkan Türkləri olaraq Azərbaycanlılarla daha doğma, daha səmimiyik. İlk cana yaxın sizlərsiniz. Çabuk dostlaşa bilirik. Üsküp yaxınlığında Türkmən olduqlarını bilən köylər var. Görünür, bir soydan gəldiyimizdən bir-birimizə çox yaxınız. Bu gün sizi bir görməmlə 30 il öncə görmüş gibiyim.

Nusret bəylə Balkandakı Türklərin ədəbiyyatı, bu günkü durumu ilə bağlı xeyli söhbətləşdik. Gənc yazıçı və şairlərdən söhbət döşəndə Nusret bəy onların istedadını yüksək qiymətləndirsə də, gələnəyə (ənənəyə) bağlı olmadıqlarından, çox modern olduqlarından gileyləndi. Son gönədək Nusret bəylə sözümüz-söhbətimiz səmimi və şirin keçdi.




Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin