R. R. Denktaşa bağışlayıram



Yüklə 6,07 Mb.
səhifə67/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   ...   63   64   65   66   67   68   69   70   ...   92
İkİ İllİk hesabatlar
Dostlar, tanışlarla görüşlər, söhbətlər sorğu-sualsız, bəzən də tənəsiz, gileysiz keçmirdi. Hollandiyadan gəlmiş Mehmet Tütünçü və Doğu Akdeniz Üniversitesində müəllimlik edən qaqauz şairi Tudora Arnaut onlara Azadlıqqəzeti aparmadığıma görə bərk gileyləndilər. Çünki qəzetdə hər ikisinin Əbülfəz Elçibəyin dünyasını dəyişməsi ilə bağlı məqaləsi çap olunmuşdu. Bir az da ötən konqredə Elçibəyin təbrik məktubu oxunanda necə alqışladığımızı, başqaları da bizə baxıb salonu sürəkli alqışlara qərq etdiklərin yada salıb kövrəldik.

Dr.Yaşar Kalafat da konqreyə qatılanlar sırasındaydı. Bununla 5-ci və ya 6-cı dəfədir ki, onunla eyni toplantıda iştirak edirik. Şən və hazırcavablılığı, insanlarla tez ünsiyyətə girə bilmək qabiliyyəti ilə seçilir. Mənim isə diqqətimi Yaşar bəy zəhmətkeşliyi ilə özünə çəkib. Son illərdə türk dünyasının müxtəlif bölgələrində keçirilən qurultayların, konqrelərin, simpoziumların əksəriyyətinə məruzələrilə qatılır. Türkiyədə çap olunan dərgilərin əksəriyyətində məqalələrinə rast gəlirəm. Bir dəfə hesabladım ki, ildə təxminən 50-60 çap vərəqi, yəni 800-1000 səhifə yazısı işıq üzü görür.

Yaşar bəy 2000-ci ilin 7-8 Nisanında Bakıya Uluslararası “Dədə Qorqud -1300” Simpoziumuna gələndə Azərbaycanın ictimai-siyasi, etnik durumu ilə bağlı bir kitab yazmaq istədiyini bildirdi. Onun fikrini mən də bəyəndim və arzu, təkliflərimi söylədim. Yaşar bəy bu kitabı birlikdə yazmağımızı təklif etdi. Mən də razılaşdım. Sonra gördüm ki, səhvə yol vermişəm. Kitabın yazılmasında mən iştirak edə bilməyəcəm. Olsa-olsa Yaşar bəyə faktları toplamaqda, istədiyi yerlərə getməkdə, istədiyi adamlarla görüşməkdə yardımçı ola biləcəm. Həm də görürdüm bu kitab bir səfər təəssüratı, yolqeydləri şəklində olacaq. Odur ki, Yaşar bəydən üzrxahlıq edib birgə müəlliflikdən imtina etsəm də, ona yolyoldaşı, bələdçi olmaqdan geri çəkilmədim.

Birlikdə Bakını gəzdik, uzun-uzadı söhbətlər etdik, ictimai-siyasi xadimlərlə görüşdük, Gürcüstanın Borçalı bölgəsinə getdik. O da əvvəlki illərdə olduğu kimi yenə də qısa müddətdə gözəl bir kitab yazıb oxucuların müzakirəsinə verdi. “Bakü-Ceyhan Kültür Hattı” adlanan kitabın Ankarada çap olunduüundan 2-3 ay öncə xəbər tutsam da, əlimə gəlib çıxmamışdı. Yaşar bəy mənə Kamil Vəli Nərimanoğlunun oğlu Toğruldan kitab göndərdiyini söylədi. Mən gəlib çatmadığını bildirəndə çantasından kitabın bir nüsxəsini çıxarıb bağışladı.

166 səhifəlik, rəngli şəkilli və zəngin faktlı bu kitabı Yaşar Kalafat demək olar, 3 aya yazıb çap etdirib. Yaşar bəy həmişə belə operativ işləyir. Kitabın sonundakı müəllifi tanıtma yazısı da onun bu məhsuldarlığından xəbər verir:

“Orta tahsilini 1939 yılında dünyaya geldiği Kars’ta, yüksek tahsilini 1961-1962 yıllarnında mezun olduğu Atatürk Üniver­sitesi Ziraat Fakültesi’nde yaptı. 1986-1987 Güz Döneminde Gazi Üniversitesi Eğitim Fakültesi Türk Dili ve Edebiyatı Bölümünden fark dersleri vererek mezun oldu.1989 yılında Gazi Üniversitesi SosyalBilmler Enstitüsü Türk Dili ve Edebiyatı bölümünde Halk Edebiyatından ve Erciyez Üniversitesi Sosyal Bilimler Enstitüsü Dinler Tarihinden master yaptı. 1992 yılında Hacettepe Üniversitesi Atatürk İlkeleri ve İnkilap Tarihi Enstitüsü Atatürk İlkeleri ve İnkilap Tarihi Ana Bilim Dalı’ndan Bilim Doktoru ünvanını aldı.

İrak, İran, Türkmenistan, Afqanistan, Özbekistan, Karakalpa­kistan, Kazakistan, Nahçivan, Azerbaycan, Gürcistan, Karaçay-Çerkez, Kabartay-Balkar, Dağıstan, Kırım, Çuvaşistan, Tataristan, Başkurdistan, Makedonya, Bulqaristan, Gagauzeli, Kıbrıs, Dağlık Altay gibi Türk Bölgelerinde, Suudi Arabistan’da bulundu ve bu aralarda alanında yaptığı çalışmaları sürdürmektedir.

Başbakanlıktan emekli olan Yaşar Kalafat halen ASAM’da Kafkasya Araştırmaları Masası Başkanı ve ASAM Yönetim Kurulu Üyesi olarak çalışmaktadır.”

Macarıstan radiosunun türkcə yayınlarını hazırlayanlardan, araşdırıcı Edit Tasnada xanımı axtarıb tapdım. Edit xanım 1941-ci il Budapeşt Doğumludur. Macarıstan Dövlət Universitetinin Macar dili və Ədəbiyyatı bölümündən məzun olmuş, Ankara Dil və Tarix fakültəsində uzmanlığını tamamlamışdır. Neçə illərdir ki, Macarıstan UlusalnTelevizyonunda Türkcə Yayınlar Servisində tərcüməçi və redaktor olaraq çalışır. Türk yazar və şairlərindən N.Hikmət, O.Kemal, Y.Kemal, K.Özer və digərlərinin əsərlərini macarcaya tərcümə etmişdir. Ondan Əmin Abidin “Azərbaycan Türklərinin ədəbiyyatı tarixi”nin macarcaya tərcüməsindən, tərcüməçi Margit Pauldan bir xəbər öyrənə bilib-bilmədiyi ilə maraqlandım. Edit xanım vaxtı olmadığından gileylənəndə Aşıq Ələsgər demiş: sındı qol-qanadım, yanıma düşdü”.

1993-94-cü illərdə Bakıdakı Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda Türkiyə türkcəsi və Türk Dünyası Kültürü dərsləri vermiş Dr. Bayram Durbilməzlə də görüşdük.

1968-ci ildə Yozgatın Sorgun ilçəsinə bağlı Taşpınar köyündə Doğulan Bayram bəy 1991-ci ildə Erciyez Üniversitesi Fen-Edebiyyat fakültəsinin Türk dili ve Edebiyyatı bölümünü bitirib. Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə doktorant olaraq qəbul edilib. Dərgilərdə xeyli məqaləsinə rast gəlsəm də özü ilə ilk dəfə 1998-ci ildə Mağosada konqredə görüşüb tanış olmuşduq. Bakıda müəllimlik edərkən ləhcə fərqlilikləri ucbatından dəfələrlə çətin vəziyyətdə qaldığını danışıb bizi bəs qədər güldürmüşdü. Onun danışdıqları daha çox lətifəyə oxşayırdı.

Sonralar onun Uluslararası Ahmet Yasevi Türk-Kazak Üniversitesinə göndərildiyini eşitdim. Proqramda adı olsa da konfransa bir-iki gün gec qatıldı. Bayram bəy 1999-2000-ci ildə Qazaxıstanda çalışsa da vətənində iki kitab çap etdirib: “Kayserili halk şairlerinin şiirlerinde Kıbrıs” və “Aşık Meydani (hayatı-sanatı-şiirlerinden örnekler)” kitabını avtoqrafla mənə bağışladı. Bakı üçün darıxdığını da uşaq məsumluüu ilə söylədi.



İzmirdəki Dokuz Eylül Üniversitesi Türk Dili okutmanı, araştır­macı-yazar Feyyaz Bozkurtla görüşdük. O, 1959-cu ildə Konyada Doğulmuşdur. Dokuz Eylül Universiteti Buca Eğitim Fakültesi Türk Dili ve Edebiyyatı Bölümünü bitirmişdir. Həmin Universitetdə Türk Dili Okutmanıdır. Türkiyə dışındakı Türk Ədəbiyyatları, özəlliklə də Batı Trakya Türk Ədəbiyyatı uzmanı olaraq tanınır. KİBATEK-in fikir babası və Eşbaşkanıdır (həmsədridir). Onun ötən iki ildəki fəaliyyətindən xəbər tutanda fərəhləndim.

Feyyaz beylə eyni şəhərdə yaşayan, Bulqarıstan türklərindən olan Şaban Mahmudoğlu Kalkanla isə ilk dəfə idi ki, görüşürdük. 1938-ci ildə Bulqarıstanın Rarqrad ilinə bağlı Şeremet (Veselets) köyündə Doğulan Şaban Şumen şəhərində Yüksek Öüretmen Enstitüsünün Tarih-Rusca-Türkçe bölümünü bitirib. Sonra tibb təhsili alıb. 1966-cı ildə “Gerginlik”, 1968-də “Sevda rüzgarı”, 1974-də “Dəliorman Şarkıları” və başqa kitablarını çap etdirib. 1974-78-ci illərdə Bulqar Yazarlar Birliğinin Rarqrad şöbəsinin katibi olub. Addəyişdirmə kampaniyasına qarşı çıxdığına görə Sofiya yaxınlığındakı Cerman köyünə sürgün edilib. 1989-cu ildə çətinliklə də olsa Türkiyəyə köçə bilib.



Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin