Ozan Arif Konqredə Bulqarıstandan gəlmiş Prof.Dr.Salih Baklacının “Bulqar basınında Kıbrıs sorunu”, Dr.İordanka Bibinanın “Bulqar basınında Kıbrıs sorunu (1989-1999)”, Dr.İsmail Canbazın “Sofiyada bir Kıbrıs tarihi hazinesi (Bulqar Ulusal Kütüphanesində Kıbrıs ile ilgili belgeler, bilgiler)”, İsmail Çavuşevin “Yusufçuklar oldumu?” romanında Kıbrıs yaşamı ve davası”, Prof.Dr.Cengiz Hakovun “1964 yılında Türk-Sovyet ilişkilerinde Kıbrıs sorunu”, Prof.Dr.İbrahim Tatarlının “Bolqarıstanda İkinci Dünya Savaşı sonrası dönəmində Kıbrıs və Kuzey Kıbrıs Türk Cumhuriyeti sorunlarının akademik araştırması” mövzularında məruzələrini dinlədik. Prof.Dr.İbrahim Tatarlı və qəzetəçi, şair-yazar İsmayıl Çavuşevlə xeyli söhbət etdik, səslərini lentə yazdım. Bolqarıstanda türklərə edilən zülm haqqında Azərbaycan oxucusu çox az şey bilir. Buna görə də İbrahim Tatarlı ilə söhbətlərimizi də buraya daxil etməyi lazım bildim.