İ.Tatarlı: — Söylədikləriniz Doğru. 17-18 yüzillikdən başlayaraq Avropa sürətlə inkişaf edirdi. Osmanlı dövləti isə islahatları zəif aparır, dünyanın inkişafı ilə ayaqlaşa bilmirdi. Xristian dünyası isə Osmanlıda yaşayan dindaşlarını müxtəlif bəhanələrlə qızışdırırdılar. Onlarda belə bir fikir formalaşdırılırdı ki, guya müsəlmanlar xristianları sıxışdırır, onların inkişafına mane olurlar. Bunlar nəticə verməyəndə, üsyanlar, qiyamlar baş tutmayanda isə Rusiya açıq hərbi müdaxiləyə keçir, xarici ölkələr də ona siyasi və diplomatik dəstək verirdi.
Osmanlı höküməti isə heç olmasa öz ərazilərində yaşayan türklərin dil, mədəniyyət birliyinə nail olmaq üçün tədbirlər görmürdü.
Məsələn, indiki Bolqarıstan ərazisində türklər bir neçə qrupa bölünürdü: xristian türklərin bir qismi qaqauz adlandırılırdı, müsəlman türklərin böyük bir qisminə tatar deyilirdi. Hələ bu harasıdı, çingənə türklər, müsəlman bulqarlar və s. də vardı.
Dostları ilə paylaş: |