R. R. Denktaşa bağışlayıram



Yüklə 6,07 Mb.
səhifə74/92
tarix01.01.2022
ölçüsü6,07 Mb.
#104369
1   ...   70   71   72   73   74   75   76   77   ...   92
İ.Tatarlı: — Mən o zaman Bolqarıstan Elmlər Akademiya­sında Balkan Ölkələrini Araşdırma İnstitutunda balkanolojidə 8 sənə çalışdım. Aspirant yetişdirdik. O aspirantlardan birisi də konqreyə qatılan Dr.İordanka Bibinadır. 10 Ekim 1989 ildə demokrasiyaya keçim dönəmi vardır. O zaman diktator Todor Jivkov endirildi. Keçid dövrü başladı. Mən tam əməkliyə çıxacAğım zamandı. Aktiv politikaya keçdim. 8 sənə Hak ve Özgürlükler Hareketindən millət vəkili çıxdım. Yeni Ana Yasayı hazırlayan komisyona, sonra insan haqları və dinlər komisyonuna qatıldım. İndi parlamentoda Hak ve Özgürlükler Hareketinin danışmanlıüını yapıram. Eyni zamanda Sofiyada Yüksək İşləm İnstitutunda türk ədəbiyyatından dərs deyirəm.

1944-cü ildə Sovet ordusu Bolqarıstana gəldikdə əsgəri hökumət yaradıldı. 1944-47-ci illərdə çox partili sistem idi, çeşidli partilər vardı. 1947-ci ildə Kommunist Partisi mövcud olan partiləri ortadan qaldırdı. Bəzi partilər ölümə çarpıldı. Bolqarıstanda Stalin modelində totalitar sistem quruldu. Rejimin əsas məqsədi baş demokratik müxalifəti qırmaq idi. Ona görə azlıqların üzərinə gəlmədi. Türklər arasında mövcud olan din okulları aradan qaldırıldı. 1946 ildə yasa kurulu elan edildi, 1948 ildə dövlət okulları açıldı. Fəqət türk okulları ilk okullardan litseyə qədər idi. Kommunist Partisi türklərə qarşı tədbir almaq düşünmüşdü. Güney bölgələrdəki türkləri ölkənin quzey bölgələrinə sürgün etmək planlaşdırılmışdı. Bolqarıstan Türkiyə ilə qonşudur. Bununçün də Türkiyə qorxusu vardı. Əslində bu bir millətçilikdir. Ölkədə Türkləri azaltmaq üçün 1949-50-ci illərdə olduqca böyük bir köç oldu. 200 minə qədər türk Türkiyəyə köçdü. Sonra Azərbaycan KP sekreteri Mustafayevi Stalin yanına çağırır, deyir: “— Bir heyət qur. Bolaqrıstana get. Nədən türklər sosializmdən qaçır.” Mustafayev Bolqarıstana gəlir. (Stalin dönəmində Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırov idi. Bu məsələni aydınlaşdıra bilmədik ki, İ.Tatarlı yanlışlıüa yolverir, yoxsa Bolqarıstana göndərilən başqası olub — Ə.Ş.) İki həftə sonra köç durdurulur. Köçün durdurulmasına səbəb demokratiya, insan haqları deyil, Türkiyə üçün kommunist kadrlar hazırlamaq olur.

Azərbaycanlı qardaşlarımız Bolqarıstana gəldilər Sofiya Universitetində türk filolojisi bölümü açıldı, sonralar şərqşünas­lıüa çevrildi. Orada 18 şərq dili öyrədilirdi. Daha sonra ora Sofiya Universiteti yanında Doğu Dilləri və Kültürləri Mərkəzinə çevrildi. Professor M.Şirəliyev, Ə.Babayev Bolqarıstana gəldilər. Stalinin arzuladıüı kommunistlik yerinə türklük gəlmişdi. Bundan sonra bəzi dəyişikliklər oldu. Kommunist Partisi başına T.Jivko gətirildi. Kəndisi köydən çıxmış cahilbir adam. Onun zamanında soyqırımı başladı. Marksizmdə ideoloji olaraq qüsurlar, əksiklik­lər var. Öncə zor kullanmaq, hər şeyi zorla yapmaq, sonra “dünya kommunizmi” gibi xülyalara qapılmaq. Marksistlər milli şüuru aradan qaldırıb beynəlmiləlçi ideologiyasını ortaya atdı. Sosia­lizm böhranı girincə, millətçilik çoxaldı, nasional-faşizm güclən­di, soyqırımı başladı. Öncə müslüman (türk) çingənələrin adları dəyişdirildi. Totalitarizmin ömrünü uzatmaq, demokrasini önləmək üçün soyqırımını önə atdılar. Bu da totalitarizmin ömrünü 10-15 sənə uzatdı.

1972-73-cü ildə tanklar, toplar, ordu, polislə müsəlman qardaşlarımızın isimləri dəyişdirildi. 1984 sonu 1985 başlanüıcında bütün türklərin soyadı dəyişildi. 1989-cu ilədək davam etdi. Həmin ildən xalq sosializm xülyalarından əlçəkdi. Parti biletini atdı.




Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin