Elçİlİkdə R.Denktaşla görüş
Konqre iştirakçılarına verilmiş dəvətnamədə isə səhərisi gün yəni 17 Kasım Kuzey Kıbrıs Türk Cümhuriyyəti Cumhurbaşkanı Rauf R.Denktaş bizim qaldığımız “Park Hotel”in restoranında qonaqlıq verəcəyi (1998-ci ildə də Rauf bəy konqre iştirakçılarına orada qonaqlıq vermişdi.) göstərilmişdi. Televiziyadan aldığımız bilgiyə görə Rauf R.Denktaş BMT vasitəçiliyi ilə Güney Kıbrıs rəhbərləri ilə danışıqlarda iştirak edirdi. Xaricdə olduğu üçün gələ biləcəyi şübhəli idi. Onunla görüşə bilməyəcəyimizə təəssüflənirdik. Sən demə təəssüflənməyə dəyməzmiş. İş elə gətirdi ki, onunla görüşüb birlikdə şəkilçəkdirəsi olduq. Amma öncədən planlaşdırıldıüı kimi “Park Hotel”də deyil, Lefkoşada — Türkiyə Cümhuriyyətinin Kuzey Kıbrısdakı Böyük Elçiliyinin iqamətgahında.
Türkiyə Cümhuriyyətinin Kıbrısdakı Böyük Elçisi ErtuürulApakanın səlahiyyət müddəti başa çatdıüına görə vida mərasimi təşkiletmişdi. Saat 18.00-da başlayan vida mərasimində Kıbrısın ictimai-siyasi təşkilat rəhbərləri, tanınmış iş adamları, aydınlar iştirak edirdilər. III Uluslararası Kıbrıs Araşdırmaları Konqresinin katılımçılarının bir qrupu da oradaydı. Nusret Dişo Ülkü bu dəfə əlində şərab qədəhi qoluma girərək Elçiliyin həyətində düzülmüş stolların arası ilə gəzişirdi. O, gah Kıbrısda hazırlanmış şərabı, gah ayağımız altındakı xalı kimi çəməni, gah da havanın xoşluğunu tərifləyirdi.
Həqiqətən də romantik və yaddaqalan gecəydi. Getdikcə vida mərasiminə gələnlərin sayı da artırdı. Birdən Rauf bəyi qarşımda görəndə bir anlıq çaşdım. Onun gəlişindən nəinki mənim, mən deyərdim ki, oraya toplaşanların çoxunun da xəbəri olmamışdı. Gəlişilə bağlı nə hay-küy düşmüş, nə də mühafizəçiləri toplumda ona yol açmağa çalışmışdılar. Rauf bəy də hamı kimi bir əlində qədəh ətrafındakılarla salamlaşa, görüşə irəliləyirdi.
Çaşqınlığıma son qoyub onunla görüşdüm. Rauf bəy yaxamdakı rozetə göz gəzdirdi. Deyəsən, adımı, soyadımı oxuyurdu. Sonra da: — “Tanıdığım adamlar” kitabını aldım. Çox sağ ol. Gözəl təşəbbüsdür. Arzum budur davam etdirəsən, sonrakı kitablarını da görək — dedi.
Yaxınlıqda Polşalı türkoloq Qrazuna Zajac ilə söhbət edən Vaqif Sultanlını çağırdım. Hər ikisi gəldi. Rauf bəylə tanış oldular. Birlikdə şəkilçəkdirdik. Rauf bəy mənə öncələr gördüyüm kimi təsir bağışlamadı. İndi bir az yorüun, qayğılı və dalğın görünürdü.
Səhəri gün telexəbərlərdən Rauf Denktaşın yenidən xaricə getdiyini öyrəndim. Onda bildim ki, axşam onun adından Konqre iştirakçılarına verilən qonaqlıqda niyə iştirak etməyib.
18-də sübh tezdən yuxudan oyanıb hava limanına tələsirik. Oradan İstanbula uçuruq. İstanbul-Bakı təyyarəsində isə Bütöv Azərbaycan Birliyi sədrinin birinci müavini Çingiz bəylə rastlaşırıq. Onu Bakıda qoyub gəlmişdik, İstanbula belə tələsik gəlib-qayıtması təəccübümə səbəb oldu. Sonra öyrəndim ki, Azərbaycandakı Türkiyə Səfirliyi məmurlarının bilgisizliyininmi, yoxsa başısoyuqluğununmu ağrısını o çəkməli olub.
Təbrizdə doğulub boya-başa çatan, 1993-cü ildə Bakıya gələn Çingiz bəy hazırda Finlandiyada mühacirdir. Ə.Elçibəyin vəfatını eşidib təcili Bakıya uçmuşdu. Bakıdan da İstanbula gələsi olur. Elçilikdə ona viza almağa ehtiyac olmadığını, İstanbulda təyyarədən enərkən viza almağın mümkünlüyünü söyləyiblər. O da inanıb, bilet alıb İstanbula uçub. Ordan da onu vizasız gəldiyinə görə geri qaytarırdılar. Bakıya qayıdanda da xeyli Azərbaycan sərhədçilərinin sorüu-sualına məruz qaldı.
Universitet nəzdindəki Kıbrıs Araşdırmalar Mərkəzinin fəaliyyəti haqqında aydın təsəvvür yaratmaq üçün Mərkəzin başkanı İsmail Bozkurtun Uluslararası Kıbrıs Araştırmaları Konqresindəki nitqini də kitaba əlavə etməyi lazım bildik.
Dostları ilə paylaş: |