Ramazanlı Zaur Elman oğlu “MÜhasibat uçotu və audiTDƏ avtomat laşdirilmiş İnformasiya sistemləRİNİn təTBİQİ”



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix24.04.2023
ölçüsü1,54 Mb.
#125825
1   2   3   4   5   6   7   8   9   ...   21
Ramazanl-zaur

Miqyasa görə təsnifat. Bu əlamətə görə İS biristifadəçisi olan, qrup və korporativ 
İS-ə bölünür. 
Biristifadəçisi olan sistemlərin əsasını X-Base (Clipper, FoxPro, dBase) standartı 
təşkil edir. Paradox, Clarion, MS Access sistemlər bazasından da istifadə olunur. Bu 
sistemlərdən hər biri verilənlər bazasını, istifadəçi interfeysini layihələndirmək üçün 
yüksək səviyyəli alətlər mühitinə malikdir. 
Qrup İS işçi qrupda fəaliyyətin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. 
Bir istifadəçisi olan sistemlərdən fərqli olaraq qrup İS qrupun müxtəlif iştirakçıları 
üçün ixtisaslaşdırılmış müştəri məsələlərini (onları çox vaxt avtomatlaşdırılmış iş 
yerləri (AİY) adlandırırlar) təmsil edirlər.
Korporativ İS (KİS) müəssisənin fəaliyyətinin avtomatlaşdırılması üçün nəzərdə 
tutulmuşdur.
Arxitekturaya görə təsnifat.“Fayl-server”arxitekturası. Tarixən informasiya 
sistemlərinin ilk arxitekturasıdır. Yerinə yetirilən modullar və eləcə də, verilənlər 
əməliyyat sisteminin ayrı-ayrı fayllarında yerləşdirilir. Verilənlərə müraciət yolu 
göstərməklə və fayllar üzərində əməliyyatlardan istifadə etməklə həyata keçirilir. 
Verilənlərin saxlanması üçün “fayl-server” adlanan ayrılmış kompyuterdən istifadə 
olunur. Yerinə yetirilən modullar ya işçi stansiyalarda, ya da fayl-serverdə saxlanır.
“Müştəri-server” arxitekturası. Bu arxitektura yeni tipli konsepsiyaya uyğun 
arxitekturadır. Mahiyyəti ondan ibarətdir ki, müştəri (yerinə yetirilən modul) 
verilənlərin mübadiləsinin müəyyən protokoluna uyğun olaraq bu və ya digər 


10 
xidmətləri tələb edir. Fayl-serverlə işdən fərqli olaraq əməliyyat sisteminin düz 
yollarından istifadə etməyə ehtiyac yoxdur: müştəri onları “bilmir”, ona yalnız 
verilənlərin mənbəyinin adı və digər xüsusi məlumatlar “məlumdur”. Fiziki olaraq 
həmin kompyuterdə və ya dünyanın istənilən nöqtəsindəki kompyuterdə yerləşən 
server verilənlər üzərində müəyyən manipulyasiyalar etməklə müştərinin tələbini 
emal edir, ona tələbinə uyğun verilənləri ötürür. 
Üçqat arxitektura. Müştəri istifadəçi ilə interfeysi, server isə verilənlər bazasını 
təşkil etməklə məşğul olur. Verilənlərin emalının məntiqi realizasiyasını ayrıca 
komponent – biznes-məntiq qatı yerinə yetirir. Bu qat ya ayrılmış server ola bilər, ya 
da dinamik kitabxana kimi müştəridə yerləşə bilər.
İntranet-internet 
texnologiyasının inkişafı ilə əlaqədar olaraq web-
texnologiyadan istifadə əsasında üçqat arxitekturanın yeni variantı meydana 
gəlmişdir. Bu variantda server olaraq web-server, müştəri olaraq standart web-
brauzer çıxış edir. Bu arxitekturanın üstünlüyü müştəriyə qoyulan tələblərin azlığı və 
onun dünya informasiya şəbəkəsində asanlıqla qurulmasıdır, çatışmazlığı isə 
istifadəşi interfeysinə 
web-brauzerlər 
tərəfindən qoyulan 
məhdudiyyətlərlə 
əlaqədardır. 
Verilənlərin təqdimolunma sisteminə görə təsnifat. Verilənlərin saxlanmasının 
ixtisaslaşdırılmış formatları (məsələn, x-Base, Paradox); xml formatlı 
strukturlaşdırılmış nişanlanma dilləri; realizasiya modeli; SQL server; obyekt və 
obyekt-relyasiya modeli. 
Dəstəklədiyi idarəetmə standartları və kommunikasiya texnologiyalarına görə 
təsnifat. Müasir AİS biznesin avtomatlaşdırılmış idarə olunmasını həyata keçirir. 
Dünya miqyasında sənayenin müxtəlif sahələrində kifayət qədər səmərəli tətbiqini 
tapmış konsepsiyalar, yanaşmalar və texnologiyalar mövcuddur. Bunlardan bəziləri 
beynəlxalq standartlar statusunu almışdır. Kütləvi satış üçün işlənilmiş AİS-in 
spesifikasında onun hansı idarəetmə texnologiyalarını və standartları dəstəklədiyi 
göstərilir. Aşağıda ən mühüm texnologiyalar və standartları qeyd edək: 


11 
- MRP (Material Requirements Planning) – satış planı və istehsal olunan məhsulların 
komplektləşdirilməsi haqqında verilənlərə əsasən materialların çatdırılmasının 
planlaşdırılması. 
- CRP (Capacity Requirements Planning) – tələbin proqnozu və istehsal olunan 
məhsulun 
texnologiyası haqqında verilənlər əsasında istehsal güclərinin 
planlaşdırılması. 
- MRPII (Manufacture Resource Planning) – istehsal üçün zəruri olan maddi, güc və 
maddi resursların planlaşdırılması. 
- ERP (Enterprise Resource Planning) – şirkətin bütün şöbə və bölümlərinin 
inteqrasiyası əsasında istehlakçıların sifarişlərinin uçotu, hazırlanması, göndərilməsi 
və alınması üçün zəruri olan müəssisə resurslarının maliyyə cəhətdən 
planlaşdırırlması. 
- SCM (Supple Chain Management) – tədarükün zəncirvari idarə olunması. 
- CRM (Customer Relationship Management) – sifarişçilərlə qarşılıqlı münasibətlərin 
idarə olunması. 
- OLAP (Online Analytical Processing) – verilənlərin əməli təhlili.
- Project Management – beynəlxalq standartlarla layihələrin idarəsi. 
- CALS (Continuous Acquisition and Lifecycle Support) – məhsulun həyat dövrünün 
və təchizatın kəsilməz informasiya dəstəyi. Yuxarıda adları çəkilən texnologiya və 
yanaşmaların çoxunu özündə saxlayır.

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin