Ramil Soltanov


Namazın ibadətlər arasında yeri



Yüklə 272,66 Kb.
səhifə2/43
tarix04.01.2022
ölçüsü272,66 Kb.
#54661
1   2   3   4   5   6   7   8   9   ...   43
Namazın ibadətlər arasında yeri

Muhəmmədə  ilk vəhyin gəlməsindən və ona peyğəmbərlik verilmə­sindən on il sonra Uca Allah namazı Peyğəmbərə  meracda olarkən arada heç bir vasitə olmadan əmr etmişdir. Bu müddətə qədər o, insanlara tək Allaha ibadət etməyi, ona şərik qoşmamağı əmr edirdi. Müsəlman­ların qəlbində əqidə möhkəmlən­dik­dən sonra Allah onlara gün ərzində beş vaxt namaz qılmağı vacib buyurdu. Uca Allahın Quranda namazı digər ibadətlər­dən çox xatır­latması namazın əzəmətini bildirir. Bu ibadətə xas olan bəzi xüsusiyyətlər vardır ki, bunlar başqa ibadətlərdə yoxdur. Bunlardan; Uca Allah bu ibadətin yerinə yetirilməsini hər bir halda vacib etmiş­dir. Başqa ibadətlərdən fərqli olaraq namazı bütün insanlara; kişi və qadına, qul və azad olana, zəngin və kasıba, müsafir və səfərdə olmayana, xəstə və sağlama vacib buyurmuşdur. Həmçinin digər ibadətlərdən fərqli olaraq namazı Allah öz peyğəmbərlərinin dili ilə hər bir ümmətə əmr etmişdir. Uca Allah İbrahimin (a.s) dili ilə buyurur: “Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et!”.6 Uca Allah Musaya (a.s) buyuraraq deyir: “Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!”.7 Həmçinin Allah Muhəmməd peyğəmbərə  xitab edərək deyir: “Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir8. Bu mənada olan ayələr Quranda çoxdur.



Yüklə 272,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin