Namazı qıldıqdan sonra camaat namazına qoşulmaq
Namazı tək qıldıqdan sonra camaat namazına rast gəldikdə həmin adamın camaat namazına qoşulması sünnədir. Yezid ibn əl-Əsvəd (r.a) dedi: “Peyğəmbərlə bir yerdə həcc ziyarətində olduqda, Xeyf məscidində fəcr namazını qıldıq. O zaman mən cavan uşaq idim. Namazını bitirdikdə iki kişinin onunla namaz qılmadığını gördü, və dedi: “Bizimlə birlikdə namaz qılmanıza mane olan nədir?” Onlar dedilər: “Ey Allahın elçisi! Biz səfərdə ikən namazımızı qılmışıq”. Peyğəmbər dedi: “Heç vaxt belə etməyin! Başqa bir yerdə namazınızı qılıb məscidə gəldiyiniz zaman camaatın namaz qıldığını görsəniz onlara qoşulun, bu sizin üçün nafilə olsun”.47
Namazı camaatla birlikdə qıldıqdan sonra ayrı camaat namazına rast gəldikdə də camaat namazına qoşulmaq olar. Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Muaz ibn Cəbəl (r.a) Peyğəmbər ilə birlikdə İşa namazını qılar, sonra isə gedib qövmünə İşa namazını qıldırardı.48 Peyğəmbərin Muaz ibn Cəbəlin (r.a) bu əməlini inkar etməməsi onun caiz olmasına dəlalət edir.
Dostları ilə paylaş: |