Uşağın arxasında qılınan namazın hökmü
Uşaq dedikdə həddi-buluğa çatmamış insan nəzərdə tutulur. Uşaq istər fərz istərsə də sünnə namazında imam dayana bilər. Amr ibn Sələmə (r.a) altı, yaxud da yeddi yaşı olarkən öz qövmünə imam təyin edilmişdir. Peyğəmbər də bunu qadağan etməmişdir.55
Kor adamın arxasında qılınan namazın hökmü
Kor adam imamlığa layiq olan sifətlərə malikdirsə o zaman o, imam dura bilər. Peyğəmbər İbn Ummu Maktumu (r.a) iki dəfə Mədinəyə imam təyin etmişdir.56 Həmçinin Utban ibn Məlik (r.a) kor olsa da öz qövmünə imam dayanırdı.57
Dostları ilə paylaş: |