Qadınların camaat namazına gəlməsi
Dinimiz qadınların məscidə xeyir işlər üçün getməsinə icazə vermişdir. Onlar da məscidə gəlib camaat namazı qılıb, zikr edib, elm məclislərində otura bilərlər. Fərqi yoxdur istər qadın cavan və ya yaşlı olsun. Peyğəmbərin dövründə qadınlar da camaat namazına gəlir və Peyğəmbər onlara bunu qadağan etmirdi. Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər fəcr namazını qılarkən hicablarına bürünmüş mömin qadınlar da ona qoşulardı. (Namazlarını qıldıqdan) sonra isə evlərinə qayıdar və qaranlıq olduğundan heç kəs onları tanımazdı.103
Qadın camaat namazını qılmaq üçün məscidə gəlmək istədikdə isə bunu ona qadağan etmək haramdır. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: “Sizlərdən birinizin zövcəsi məscidə getmək üçün ondan izn istədiyi zaman, ona mane olmasın”. Bunu eşidən Bilal ibn Abdullah104: “Allaha and olsun ki, onlara (məscidə getməyə) mane olacağıq”– dedi. Abdullah (r.a) yaxınlaşıb onu çox sərt danladıqdan sonra dedi: “Mən sənə Rəsulullahdan (s.ə.s) hədis danışıram, sən də deyirsən ki, Allaha and olsun ki, onlara mane olacağıq”.105 Başqa rəvayətdə: “Allahın qullarına (müsəlman qadınlara) məscidə getməyi qadağan etməyin!”106
Qadın məscidə gəldikdə İslam şəriətinə uyğun tərzdə geyinməlidir. Bunlar isə aşağıdakı şərtlərə əməl etməklə olur:
– əl və üzdən başqa bütün bədən üzvlərini örtmək
– dar paltar geyməmək
– şəffaf paltar geyməmək
– cəlbedici paltar geyməmək
– kişi və ya kafirlərin geyiminə oxşamamaq
– zinət taxmamaq
– ətirlənməmək
– fitnəyə səbəb olmamaq
Dostları ilə paylaş: |