Neçə nəfərlə qılınan namaz camaat namazı sayılır
Ən azı iki nəfərin iştirakı ilə qılınan namaz artıq camaat namazı sayılır. Əl-Vəzir ibn Hubeyra əl-İfsah kitabında demişdir: “(Alimlər) ittifaq etmişlər ki, cümədən başqa qılınan fərz namazının camaat namazı sayılması üçün ən azı iki nəfər; imam və onun sağında durub onu təqib edən olmalıdır”.18 İmam ibn Qudəmə deyir: “(Namaz qılanların sayı) iki və daha artıq olarsa, camaat namazı sayılır. Bu məsələdə (alimlər arasında) ixtilaf yoxdur”.19
Camaat namazı qılan iki şəxsdən biri istər kişi istərsə də qadın olsun yenə də camaat namazı sayılır. Hətta uşaq həddi buluğa çatmasa belə camaatla namaz qıla və lazım gəldikdə imam dayana bilər. Amr ibn Sələmə öz qəbiləsində Quranı ən çox bildiyi üçün imam o dayanırdı. O zaman onun altı, yaxud da yeddi yaşı var idi.
Dostları ilə paylaş: |