Camaatla qılınan namazlar
* Fəcr namazı.
Fəcr: dan yerinin ağarmasına deyilir. Bu namaza həmçinin sübh namazı da deyilir. İki rükətdən ibarət olub səslə qılınan bu namaz gün ərzində beş vaxt qılınması vacib buyurulan namazlardan biridir. Fəcr namazını başqa namazlara nisbətən uzun qılmaq sünnədir. Bu namazdan əvvəl daima qılınan iki rükət sünnə namazı vardır.
Fəcr namazının vaxtı dan yerinin ağarmasından günəş çıxanadəkdir.
* Zöhr namazı.
Zöhr: günorta vaxtına deyilir. Gün ərzində vacib buyurulan beş namazdan biridir. Bu namaz səssiz qılınan dörd rükətli namazdır. Zöhr namazından əvvəl iki və ya dörd rükət, sonra isə iki rükət sünnə namazı qılmaq olar.
Zöhr namazının vaxtı günəş zeniti keçdikdən sonra hər bir şeyin hündürlüyü ilə kölgələrinin uzunluğunun bərabərləşdiyi anadəkdir (əsr namazınadək).
* Əsr namazı
Əsr: axşam çağına deyilir. Bu namaza həmçinin orta namaz da deyilir. Gün ərzində vacib buyurulan beş namazdan biridir. Bu namaz dörd rükətdən ibarət səssiz qılınan namazdır.
Əsr namazının vaxtı əşyaların hündürlüyü ilə kölgələrinin uzunluğunun bərabərləşdiyi andan əşyaların kölgələrinin uzunluğunun onların hündürlüyündən iki dəfə artıq olanadək (caiz vaxtı) və ya gün batanadəkdir (zəruri halda).
Qeyd: Zöhr və əsr namazlarının vaxtında qeyd olunan kölgələrin uzunluğu məsələsi yalnız yer kürəsinin ekvator xətti üzərində yerləşən ölkələr üçün keçərlidir.
Dostları ilə paylaş: |