Qul olan şəxsin imam dayanmasının hökmü
Qul olan şəxs namazda camaata imamlıq edə bilər. Əbu Huzeyfənin (r.a) mövlası Səlim (r.a) Peyğəmbərin vaxtında imam dayanardı.58 İmam Buxari öz Səhih əsərində qulun imam dayanmasının caiz olması barədə müstəqil fəsil belə gətirir.
Quranı yaxşı oxumayanın arxasında qılınan namaz
Yəni Quran oxuduğu zaman təcviddə, yaxud da hərflərin deyilişində etdiyi xəta nəzərdə tutulur. Bu cür insan imam dayandıqda onun arxasında namaz qılmaq barədə alimlər demişlər. “Əgər savadsız müsəlman özü kimi savadsızlara imam dayanarsa onda hər ikisinin namazı səhihdir. Yox əgər bu cür imamın arxasında həm savadsız, həm də qari varsa onda savadsızların namazı səhih qarinin namazı isə batil olur”.59
Dostları ilə paylaş: |