İmamın namazı çox uzatmasının hökmü
Namaz qıldıran adamın namazı çox uzatmaması Peyğəmbərin sünnəsidir. Namaz qıldırarkən bəyənilən əməl sünnədə varid olan surələr qədər və ya ondan az oxumaqdır. Sünnədə varid olandan çox oxumaq isə bəyənilmir. Peyğəmbər Muaz ibn Cəbəli (r.a) namazı uzun-uzadı qıldırdığına görə qınamış və onun bu əməlini bəyənməmişdir.
Əbu Hüreyra (r.a) rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən biriniz camaata namaz qıldırdıqda onu yüngülləşdirin, çünki onların arasında zəif, xəstə və ehtiyac içində olanı var. Tək qıldığınız namazı isə istədiyiniz qədər uzadın”.71
Muhəmməd ibn Saleh əl-Useymin deyir: “Sünnədə varid olandan çox oxumaq haramdır.72 . İnsan tək qıldıqda isə nə qədər istəsə uzada bilər.
Namazın birinci rükətini ikinci rükətindən çox uzatmaq sünnədir. Qatədə (r.a) rəvayət edir ki, Peyğəmbər birinci rükəti ikinci rükətə nisbətən daha uzun qılardı.73 Buna baxmayaraq ikinci rükətdə birinci rükətdə olduğundan bir az çox oxumaq olar. Peyğəmbər cümə namazında birinci rükətdə əl-Aləq, ikinci rükətdə isə əl-Ğaşiyə surələrini oxuyardı. Məlumdur ki, əl-Ğaşiyə surəsi əl-Aləq surəsindən bir az uzundur.
Dostları ilə paylaş: |