Daimi imamı gözləməyin hökmü
Alimlər ittifaq etmişlər ki, daimi imamı olan məsciddə həmin imamdan elmli, təqvalı, və ya ondan hörmətli adam olsa da belə namazı məscidin daimi imamı qıldırmalıdır. İmam məscidin məsul şəxsi olduğu üçün onun izni olmadan ayrısının imam durması haramdır. Peyğəmbər demişdir: “Heç bir kimsə başqa birinin yerində imamlıq etməsin”.75
Başqasının imam dayanması daimi imamın özünün kimisə imam təyin etdiyi halda, yaxud namaza gəlmədikdə və başqa üzrlü səbəblər olduqda caizdir. Yuxarıda qeyd etdiyimiz kimi camaata namaz qıldırmaq üçün təyin olunan imam sünnəyə uyğun şəkildə seçilməlidir.
Dostları ilə paylaş: |