Camaat namazının fəziləti
Camaat namazını qılmaq savabın çoxalmasına, dərəcələrin qalxmasına səbəbdir. Camaat namazının savabı tək qılınan namazdan iyirmi beş, yaxud da iyirmi yeddi dəfə çoxdur. Həmçinin camaat namazları qılındığı yerinə, ədəblərinə, kamilliyinə və başqa səbəblərə görə dərəcə etibarı ilə biri-birindən fərqlənir. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər dedi: “Camaatla qılınan namaz, tək qılınan namazdan iyirmi yeddi dərəcə (artıq) əfzəldir”.12 Osman (r.a) rəvayət edir ki, Peyğəmbərin belə dediyini eşitdim: “Kim namaz üçün mükəmməl şəkildə dəstəmaz alar, sonra isə fərz namazını qılmaq üçün (məscidə) gedib, onu camaatla birgə qılarsa Allah onun günahlarını bağışlayar”.13
Əbu Hüreyra (r.a) rəvayət edir ki, Peyğəmbər dedi: “Kişinin camaatla qıldığı namazın savabı evində və bazarda tək qıldığı namazın savabından iyirmi beş dəfə artıqdır. Belə ki o, mükəmməl şəkildə dəstəmaz alıb yalnız camaatla namaz qılmaq üçün məscidə getdiyi zaman, atdığı hər addımına görə bir savabı artar və bir günahı silinər. Camaatla namaz qılarsa, hətta o namazı qılmaq üçün gözlədiyi müddətdə də mələklər onun üçün dua edib deyərlər: “Allahım, ona xeyir-dua ver! Allahım onu bağışla! Allahım, ona rəhm et!” Camaat namazını gözlədiyi müddətdə isə camaatla namaz qılan kimi hesab olunar”.14
Camaat namazına getməyin böyük savabı vardır. Əbu Hüreyra (r.a) rəvayət edir ki, Peyğəmbər demişdir: “Kim evində dəstəmaz alıb, vacib buyurulan namazı qılmaq məqsədi ilə məscidlərin birinə gedərsə atdığı addımlardan hər biri onun bir günahını silər digəri isə savabını artırar”.15
Dostları ilə paylaş: |