Camaat namazının faydası
Camaat namazının bir çox faydaları var. Bunlardan:
– camaat namazını qılan şəxs tək qılandan daha çox savab qazanır.
– İslamın əzəmətli bir şüarı olan namaz nümayiş etdirilmiş olur.
– müsəlmanların birliyi görünür.
– məscidə gələn müsəlmanlar bir-biri ilə tanış olub din qardaşı olurlar.
– müsəlmanlar qardaşında xəta gördükdə onu düzəldirlər.
– müsəlman qardaşının halından: köməyə ehtiyacı olanı, xəstə olanı və digər şeylər barədə xəbər tuturlar.
– hamı Allah dərgahında eyni səviyyədə olduğunu hiss edir.
– başqa müsəlmanları gümrah görəndə ora gələnin gümrahlığı artır.
– məscidə namaza getdikdə hər atdığı addıma görə bir savab yazılır və bir günahı silinir.
Dostları ilə paylaş: |