Ramiz ƏSKƏr türk xalqlari əDƏBİyyati oçerkləRİ-1 Bakı – 2011



Yüklə 3,82 Mb.
səhifə54/60
tarix01.01.2022
ölçüsü3,82 Mb.
#104062
1   ...   50   51   52   53   54   55   56   57   ...   60
SÜYÜMBİKƏ MİNARƏSİ
Hər binadan yüksəksən, lap göylərə çıxmış başın,

Bilirəm, bildirməsən də, hey axır gözdən yaşın,

Bu halından şikayət qılır sənin hər bir daşın,

Qəlbimi min parə qıldı bu gözəl Xan məscidi.


Bir zaman səndə namaz qılmış idi tatar xanı,

Tatarlar, türk boyları məskun qılmışdı Kazanı,

O vaxtlar məsud idik, heyif ki, ötdü zamanı,

Qəlbimi min parə qıldı bu gözəl Xan məscidi.


Kilsələr arasında, bilməm, yalnız qaldın niyə,

Yox oldu ehtişamın, miskin görkəm aldın niyə,

Əhli-islam könlünə bu həsrəti saldın niyə,

Qəlbimi min parə qıldı bu gözəl Xan məscidi.


Bir vaxtlar çox-çox idi bu yerdə islam əsgəri,

Şəfqətinin qalmadı bizlərə heç mindən biri,

Yadlara keçdi tamam buraların islam yeri,

Qəlbimi min parə qıldı bu gözəl Xan məscidi.


Sən ümid üzsən də bizdən, biz ümidi üzmədik,

Zahirən səbr eyləsək də, içimizdən dözmədik,

O zaman cahil idik, qiymətini biz bilmədik,

Qəlbimi min parə qıldı bu gözəl Xan məscidi.


1907.

YARPAQ
Söylə, yaşıl yarpaq, niyə əsirsən,

Bəlkə bir gileyin, şikayətin var?

Niyə oğrun-oğrun məni süzürsən,

Bəlkə bir sözün var, bir söhbətin var.


Sanki qulağına çatdı sualım,

Birdən yaşıl yarpaq gələrək dilə,

Dedi: nə gücüm var, nə də ki halım,

Dayana bilmirəm şiddətli yelə.


Əlimdə deyildir nə vaxt, nə zaman,

Nə dinclik tapıram, nə də rahatlıq.

Artıq yavaş-yavaş yetişir xəzan,

Ondandır qəlbimdə bu narahatlıq.


Bir azdan çatacaq saralmaq çağı,

Deməli, ölüdür hər sarı yarpaq,

Külək sovuracaq məni aşağı,

Üstümü örtəcək toz ilə torpaq.


Kəfənim olacaq yağan bəyaz qar,

Mən orda çürüyüb kül olacağam.

Qış ötüb yenidən gələndə bahar,

Əslimə qayıdıb gül olacağam.


1909.


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin