GÜNƏŞ
(Nəvainin qəzəlinə təxmis)
Ah, kim qəddim düta qıldı iki ol əymə qaş,
Eylədim çərxi-kühən təqini naləmdən xəraş,
Can könlüm qəmgin olmaqlıq dilər, eylər təlaş,
«Çıxdı yarım gecə yol əzmin qılıb, ol bağrı daş,
Bəs əcaibdir qaranğu gecə çıxmaqlıq günəş».
Bu günəşin navəki-müjgənindən tərkeş dolar,
Ol günəşin tabından aləm ara atəş dolar,
Bu günəşin ləblərindən badeyi-biğəş dolar,
«Ol günəşə el nəzər qılsa, gözünə yaş dolar,
Bu günəş gəlcək nəzərdən gözlərimə doldu yaş».
Gəh ağzı rəmzinin qalü-məqalın istəyər,
Gəh rəna qəddinin ziba nihalın istəyər,
Gəh bilü fikrinin nazik xəyalın istəyər,
«Firqətindən ağlayıb çıxdım visalın istəyəm,
Qəh saçar mən başa topraq, gəh qoyar mən yerə baş».
Əndəliba, olalı bir məh liqa avarəsi,
Əncüm deyildir fələk üstündə bağrım parəsi,
Qan-yaşım oldu könlün sabit ol səyyarəsi,
«Faş edər mehrin Nəvainin sarı rüxsarəsi,
Sübh tək kim saralıb, rüxsarı eylər mehr faş».
Dostları ilə paylaş: |