BƏRÇƏMƏN İDİ
(Nəvainin qəzəlinə təxmis)
Xali-siyahi müşki-Xətayi-Xotən idi,
Guya ləbi-canbəxşi nəbati-Dəkən idi,
Kirpikləri can qəsdinə navəkfəkən idi,
«Ötən gecə yanar idim, ol simtən idi,
Gülşən üzündə məskənim bərçəmən idi».
Hay-hay, nə pəri çöhrədir ol dilbəri-tənnaz,
Görkəzdi iki ləli-ləbi Məsiha kimi ecaz,
Yusifi-Misri olubdur ona dəmsaz,
«Eylədi gəh naz, gəhi ərbədə ağaz,
Köksüm can olan ona pirəhən idi».
Ol məhliqa oldu gəlib zinəti-məxfil,
Can nəqdini saçdım ayağında məni-bidil,
Məqsudi bu idi oluban yara vasil,
«Gülşən ara iki kişiyə sayğuçu mənzil,
Bülbül ilə gül tək əkinimə vətən idi».
Zövq ilə qılıb Əndəlib nəşeyi-məstan,
Çəkmiş onu ağuşuna bir qönçeyi-xəndan,
Guya ol ikiləri idi Bilqeys-Süleyman,
«Hicr indi Nəvaini gər öldürsə, nə ərman,
Bunca ki muradı ona bu məhcəvan idi».
Dostları ilə paylaş: |