DAMĞALAR HAQQINDA
Atası ağıl,
Anası nağıl,
Bir qız doğulmuş
İyirmi dörd şəkil.
Bu qədər gözəldir millətin yarı,
Bunlar bizdən əvvəl olsa da zarı,
Elinin gözünə görünməz idi,
Türk eli dünyaya gələndən bəri.
Kim alsa onu,
Bütün ömrünü
Şad olub yaşar,
Tut bu əmrini.
Doğub artarsız,
Yağı basarsız,
Siz dolub-daşıb
Yerini qısarsız.
Bilsin bu cahan,
Sizindir dövran,
Vuruşsa düşman,
Başın kəsərsiz.
Dilə gətirdim,
Əldən ötürdüm,
Qəfildən qaçdı,
Söz qanad açdı,
Yerli-yerində
Düzüb bitirdim,
Sirrimi qəlbim
Elimə açdı.
ƏNDƏLİBİN OĞUZ XANA
MATƏM MƏRSİYƏSİ
Bir asimani-bəla enib nihandan,
Apardı o dürri-qiymət bəhanı,
Həyatda əzizdi o bizə candan,
Oğuz övladının ruhi-rəvanı.
Əgər ki Nuh yaşın verdi əvvəli,
Veribdir bugün də badi-xəzanı,
Neçə il bizimlə yaşayan ulu
Dəf edə bilmədi tiri-qəzanı.
Onu rədd eyləmək əmri-mahalı,
Məhv olmaz söylədi onun yazanı,
Əgər rədd etməyə olsa məcalı,
Kindir o qovulmuş, elin azanı?
Yaşın üç mindən çox, keçibdi dördə,
Bu yaşda çəkmədin rəncü rizanı,
Gedib, oğuzları salıbsan dərdə,
Qoyubsan bizlərə matəm qazanı.
Səni asimani-əjdəha uddu,
Sən Yunissən, girib tutdun məkanı,
Camalından cahan könlün soyutdu,
Mən oldum Əndəlib – vəsfin yazanı.
Dostları ilə paylaş: |