Ramiz ƏSKƏr türk xalqlari əDƏBİyyati oçerkləRİ-1 Bakı – 2011



Yüklə 3,82 Mb.
səhifə30/60
tarix01.01.2022
ölçüsü3,82 Mb.
#104062
1   ...   26   27   28   29   30   31   32   33   ...   60
MƏXDUMQULU FƏRAQİ

(1733 – 1798)
Məxdumqulu Fəraqi tarix boyu gəlib keçmiş ən böyük türk­mən şairidir. Onun türkmən ədəbiyyatı tari­xindəki yerini ve möv­qeyini qısaca olaraq bir cümlə ilə sə­ciy­yə­ləndirmək istəsək, demə­li­yik ki, Bayron ingilis ədəbiyyatı, Dante italyan ədəbiy­ya­tı, Puşkin rus ədə­biy­yatı üçün nədirsə, Məxdumqulu da türkmən ədəbiy­yatı üçün odur.

Məxdumqulu türkmən xalqının varlığına nüfuz etmiş, ilik­lə­rinə qədər işləmiş, sinif, zümrə, təbəqə, qo­ca-cavan, böyük-kiçik, qadın-kişi demədən, yeddidən yetmişə qədər bütün türkmənlərin mənəviy­yatına hop­muş, onlar üçün hava-su, duz-çörək qədər vacib olan mə­nəvi qidaya çevrilmişdir. Böyük türkoloq Barthol­dun yaz­dığı kimi, tarixdə hələ heç bir türk şairi öz xal­qı arasında Məxdum­qulu qədər populyar olmamış, onun qədər sevilməmiş, oxunmamış və əzbərlən­mə­miş­dir. Bu sahədə onunla yalnız Xoca Əhməd Yə­sə­vi və Yunus İmrə yarışa bilər.

Məxdumqulu Türkmənistanın mənəvi qurucula­rın­dan və li­der­­lə­rin­­dən biri, türkmən xalqını milli gü­vən­ci, sonsuz ifti­xar qay­nağı, bütün dövrlərin və kö­nüllərin şairidir. O, misilsiz söz ustası, sufi-ozan ol­maqla yanaşı eyni zamanda müdrik filosof, ünlü mü­tə­fək­kir, böyük alim, ba­carıqlı müəllim, ağıllı məslə­hət­çi, istedadlı das­tan­çı, mahir folklorçu, nəhayət, uzaq­görən siyasətçisidir, bir sözlə, türk­mənlərin ruhi dün­yasının rəhbəridir.

Türk dünyasının dahi yazıçısı Çingiz Aytmatov bunun səbəb­lərini belə izah etmişdir: «Məxdum­qu­lu­nun əsərlərinin bizim döv­rü­­müzə gəlib çatması türk­mən xalqının rəşadətidir. O, türkmən­lə­rin qəlbində - gə­zəri baxşı-dərvişlərin dilində, böyük və kiçik yol­lar­da, ba­zarlarda və karvan­saralarda, yurdlarda və çoban tonqal­larının ba­şında qorun­muşdur. Onun şeirləri ilə sa­vaşa yollanmış, cəllad kötü­yünə getmiş­lər. Məx­dum­qulunun şe­irləri insanın doğul­masını qarşı­lamış, onun ölümünə ağlamışdır. Məx­dumqulunun şe­ir­ləri se­vən qəlb­­lərin him­ninə çevrilmişdir».

Xalqın Məxdumquluya bəslədiyi sevgi şairin öz xalqına qarşı duyduğu ülvi, bəlkə də ilahi məhəbbətlə düz mütənasibdir. Məx­dum­qulu türkmən və türk xalq­larının ən yaxşı poetik ənə­nə­lərini özündə birləş­dir­diyi və təcəssüm etdirdiyi kimi, xalq da ona olan sevg­isi­ni ana südü ilə əmmiş, öz qan yaddaşında və genlə­rin­də daşıyaraq əsr­lərdən-əsrlərə, nə­sillərdən-nəsillərə ötür­müş­dür.

* * *


Məxdumqulu Fəraqi 1733-cü ildə Türkmənis­ta­nın Ətrək vila­yə­tində Kümbəzhovuzun şərqindəki Ha­cı­qovşan adlı yerdə, başqa bir məlumata görə, Qızılba­yır (indiki Şarlavuk) obasında türkmən ədəbiyyatının klassiki Dövlətməmməd Azadinin (1700-1760) ailə­sin­də dünyaya gəlmişdir. Öz dövrünün bilgili alimi və vətənpərvər şa­iri olan Aza­di «Vəzi-Azad», «He­kayəti-Cabir Ən­sar», «Mü­na­cat», «Behiştnamə» adlı məs­nə­­vi­lə­rin müəl­li­fi kimi məş­hurdur.

Məxdumqulu ilk təhsilini evdə öz atasından al­mış, daha sonra qon­şuluqda yerləşən Qızılayaq kən­din­dəki İdris Baba məktəbində oxu­muş­dur. Burada təhsilini ba­şa vurduq­dan sonra atası onu Buxa­ra­dakı məşhur Kökəltaş mədrəsə­sinə gön­­dər­mişdir. Məxdumqulu bu təhsil ocağında dövrünün tanın­mış xocala­rından dərs almış, baş­da Quran olmaqla ilahiy­yat elmini, hən­də­sə, hesab, nücum, tarix, coğrafiya və tədris proqramına daxil olan digər fənləri dərindən öy­rənmişdir. O, ədəbiyyata və dilə xüsu­si maraq gös­tə­rə­rək Şərq ədə­biy­yatı klassiklərini ciddi mütaliə et­miş, Xoca Əhməd Yəsəvi, Fü­zuli, Nəvai, Nəsimi, Hacı Bəktaş Vəli, Yunus İm­rə, Nizami, Hafiz, Xəyyam, Cami, Dəhlə­vi kimi şairlərin yaradıcılığını mənim­sə­miş, cağatay, ərəb və fars dil­lərinə mükəmməl şəkildə yiyələn­miş­­dir. Bü­tün bun­lar gənc Məx­dumqulunun bir şair və ozan kimi ye­tişməsində mühüm amil olmuşdur.

Məxdumqulu Buxarada nəqşibəndi ordeninə ciddi maraq gös­tər­miş, bu orde­nin şeyxi Bəhaəddin Nəqşibəndinin yarat­dığı su­fi mək­təbinin güclü təsi­rinə məruz qal­mış, şeyxin «Dilin yar ilən, əlin kar ilən olsun» şüarı­nı öz həyatının və sənətinin əsas kre­dosu, ma­ya­sı və mənası kimi qə­bul etmişdir.

Daha sonra Məxdumqulu həmin dövrdə Orta Asiyada ən nü­fuzlu təhsil mü­əssisəsi sayılan «Şirqazi» mədrəsəsinə daxil olmuş­dur. El­mə, təhsilə, mədəniyyətə böyük önəm verən Xivə hökmdarı Şirqazi xanın (1715-1728) əmri ilə qurulan bu mədrəsə öz dövrünün uni­ver­siteti hesab edilirdi. Buxara mədrəsəsinin məzunu olan Məx­dum­qulu burada daha münbit elmi-ədəbi mühitə düşmüş, Şərqin bö­yük alim­lərindən Fəra­binin, Biruninin, ibn Sina­nın, əl-Xarəz­mi­nin, Mənsur Həllacın, Qəzalinin, Zəməxşərinin, Nəi­minin, Bəya­zid Bis­taminin və başqalarının elmi-fəlsəfi irsi ilə tanış olmuş, ədəbiy­yat sa­həsindəki bi­liklərini daha da təkmil­ləşdirmişdir.

«Şirqazi» mədrəsəsində ali təhsilini başa vur­an Məx­dum­qulu öz doğma yurduna dönmüşdür. Üç il «məkan tutub duzunu yediyi», də­rin bilik və böyük mənəvi sərvət qazandığı «qızıl qapılı» mədrə­sə­­ni ömrü boyu unutmamış, ona vida şeiri də həsr etmişdir:


Yüklə 3,82 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin