Rayon icra şöbəsinin icra məmuru cənab



Yüklə 21.6 Kb.
tarix22.10.2017
ölçüsü21.6 Kb.

________rayon icra şöbəsinin icra məmuru

cənab ___________________
İcra şöbəsinin icraatında olan icra üzrə tələbkar – ___________

________ qızının icra üzrə borclular – ____________________

oğluna və digərlərinə qarşı “borcun qaytarılması tələbinə dair”

______________________ saylı iş üzrə icra üzrə tələbkarın

nümayəndəsi - ________________________ qızı tərəfindən
ƏRİZƏ

(məcburi icra tədbirlərinin keçirilməsi barədə)
İş materiallarından da göründüyü kimi, Bakı şəhəri, ___________ rayon Məhkəməsinin ____________-ci il tarixli, iş ___________________ saylı qətnaməsi ilə iddiaçı - ________________ qızının “borcun qaytarılması barədə” iddia tələbi təmin edilib və cavabdehlər - _____________ oğlu və ________________ oğlundan müştərək qaydada ______ (_____________) manat məbləğində pulun alınaraq birdəfəlik qaydada iddiaçıya ödənilməsi qət edilib.

Daha sonra icra vərəqəsi üzrə həmin qətnaməsinin icrası Sizə tapşırılıb. Lakin təəssüf ki, sözügedən qətnamənin icrası hələ də qanunla müəyyən edilən vaxtda həyata keçirilməyib və ümumiyyətlə demək olar ki, icra üzrə icraat üzrə heç bir hərəkət həyata keçirilməyib.

Halbuki, Azərbaycan Respublikasının “İcra haqqında” qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. 

Lakin sözügedən Qətnamənin icrası həvalə edilmiş ____________ rayon İcra Şöbəsi qanunvericiliklə onların üzərinə qoyulmuş vəzifələrə əmək edərək məhkəmə qərarını icra etmək əvəzinə, hər dəfə bir bəhanə ilə öz vəzifələrini yerinə yetirməkdən imtina edir. İcra məmurlarının öz vəzifələrini icra etməmək üçün gətirdikləri əsas bəhanə bu olub ki, guya borcluların mülkiyyətində hər hansı pul vəsaiti, həmçinin hər hansı daşınar və ya daşınmaz əmlak yoxdur.

Halbuki, əvvəla, Bakı şəhəri, ___________ rayon Məhkəməsinin ___________-cü il tarixli, iş _____________ saylı qərardadı ilə iş üzrə cavabdehlərə məxsus ___________ markalı, ____________ dövlət qeydiyyat nişanlı avtomobilin; ___________ markalı, 10 _________ dövlət qeydiyyat nişanlı avtomobilin və “VAZ-______“ markalı, 90 _________ dövlət qeydiyyat nişanlı avtomobilin; __________ markalı, 90 _______ dövlət qeydiyyat nişanlı avtomobilin; üzərinə həbs qoyulub.

Digər tərəfdən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı ________________-cü il tarixli sorğusuna cavab olaraq bildirilib ki, “...icra üzrə borclu __________________ oğlunun adına _________________-cu il tarixdən Bakı şəhəri, ___________ rayonu, __________ küçəsində yerləşən __ saylı ev dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda onların mülkiyyətindədir”.

Göründüyü kimi, sözügedən qətnamənin icrası üçün icra üzrə borcluların mülkiyyətində kifayət qədər yetəcək əmlak var, deməli, icra məmurlarının belə bəhanələri əsaslı deyil, sadəcə olaraq onların öz işlərinə biganə və səhlənkar yanaşmaqlarının göstəricisidir.

Onu da xüsusi vurğulamaq istəyirəm ki, məhkəmə qərarlarının icra edilməməsi “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) də kobud şəkildə pozuntusudur. Belə ki, məhkəmə qərarının icrası ilə bağlı Hornsbi Yunanıstana qarşı məhkəmə işində Avropa Məhkəməsi belə qənaətə gəlmişdi ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı.



Qeyd edək ki, artıq Avropa Məhkəməsində Azərbaycan Respublikası vətəndaşının verdiyi şikayət ərizəsi üzrə eyni məsələ, yəni məhkəmə qərarının icra edilməməsi ilə bağlı işə baxılmış və məhkəmə Azərbaycan Dövləti tərəfindən Konvensiyanın 6-cı maddəsinin pozulmasını tanımışdır.

Məhkəmə qərarının icrası ilə bağlı Tarverdiyev Azərbaycana qarşı məhkəmə işində Avropa Məhkəməsi onu da qeyd edib ki, Konvensiyanın 6-cı maddəsinin yalnız məhkəməyə müraciət etmək hüququnu təmin edən və məhkəmə araşdırmasının qaydasını müəyyən edən müddəa kimi şərh edilməsi yəqin ki, qanunun aliliyi ilə bir araya sığmayan situasiyalara gətirib çıxarardı, halbuki Avropa Konvensiyasının iştrakçısı olan dövlətlər Konvensiyanını imzalamaqla bu prinsipə riayət etməyi öhdələrinə götürüblər. Beləliklə, məhkəmə tərəfindən qəbul edilmiş istənilən qərarın icrasına Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan mənada “məhkəmə araşdırmasının” tərkib hissəsi sayılır.

Bu işdə 6-cı maddənin 1-ci bəndinin pozulduğunu müəyyən etməklə Məhkəmə ərizəçinin fərdi situasiyasının həllinə, yəni ərizəçinin müvafiq Qətnamə ilə təmin edilmiş tələbinin icrasına yönələn zəruri tədbirlər görmək öhdəliyini Azərbaycan dövlətinin üzərinə qoydu.

Azərbaycan Respublikasının ən ali hüquqi qüvvəyə malik olan qanunvericilik aktı – Konstitusiyanın 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.



Odur ki, yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasını “İcra haqqında” Qanununun tələblərini nəzərə alaraq, Sizdən
XAHİŞ EDİRƏM:
Bakı şəhəri, ________ rayon Məhkəməsinin ____________-ci il tarixli, iş __________________ saylı Qətnaməsinin icra edilməsi üçün qanunla nəzərdə tutulmuş zəruri tədbirlər görəsiniz:

  • Eləcə də icra üzrə borclu - _________________ oğluna məxsus Bakı şəhəri, _________rayonu, __________ küçəsində yerləşən __ saylı evin üzərində həbs qoyulması və satılması;

  • həmçinin icra üzrə borclular - ________________ oğluna və _______________ oğluna məxsus “VAZ-________“ markalı, 10 __ xxxx dövlət qeydiyyat nişanlı avtomobilin; “VAZ-_____“ markalı, 10 __ xxxx dövlət qeydiyyat nişanlı avtomobilin və “VAZ-______“ markalı, 90 __ xxxx dövlət qeydiyyat nişanlı avtomobilin; “________“ markalı, 90 __ xxxx dövlət qeydiyyat nişanlı avtomobilin satılması barədə məhkəməyə müvafiq əsaslandırılmış təqdimat verəsiniz.


Əlavə edilir:

  1. Bakı şəhəri, _____ rayon Məhkəməsinin _____________ci il tarixli, iş _______________saylı qətnaməsinin surəti;

  2. Bakı şəhəri, _______ rayon Məhkəməsinin ________________-cü il tarixli, iş _______________ saylı qərardadının surəti;

  3. Bakı şəhəri ________ rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı __________-cü il tarixli sorğusunun surəti;

  4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin ___________ cü il tarxili, _____________ saylı məktubunun surəti.



Hörmətlə,

__________________ qızı / nümayəndə
Tarix: “_____” ______ 201_-ci il

 Hornsbi Yunanıstana qarşı iş, 19 mart 1997, 40-cı bənd

 Tarverdiyev Azərbaycana qarşı iş, 26 iyul 2007-ci il





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə