Referat elmi rəhbər : Dos. M. A. Rzayev tələbə : D. Xudiyev baki-2013 plan: Giriş

Yüklə 478,82 Kb.
səhifə3/10
tarix01.01.2022
ölçüsü478,82 Kb.
#103071
növüReferat
1   2   3   4   5   6   7   8   9   10
Diskret fiskal siyasət ölkədə ümumi daxili məh­sulun həcminin artıb-azalması, məşğulluğun səviy­yə­sinin optimallaşdırılması, qiymətlərin dəyişməsi və inflya­si­ya­nın tənzimlənməsi məqsədilə vergilərlə - döv­lət xərcləri arasında manevr etmək, yaranmış vəziyyət­dən səmərəli çıxış yolları tapmaq deməkdir. Diskret fiskal siyasət tipi­nin həyata keçirilməsi, qəbul olunmuş qərarların və görül­müş tədbirlərin reallaşdırılması müd­dət­lərinin iqtisa­diy­yata təsiri; bu prosesin inzibati-apa­rat, habelə digər xərc­ləri; nəhayət vergi dərəcələrinin azaldılıb-artırılma­sının cəmiyyətin müxtəlif təbəqələri, ayrı-ayrı üzvləri tərəfindən birmənalı qəbul edilməməsi kimi problemlərə bağlıdır.

Eyni zamanda fiskal siyasətin diskret formasın­dan hakimiyyət orqanları tərəfindən hazırlanmış xüsusi Dövlət Proqramlarının həyata keçirilməsində (məsələn, Çin Xalq Respublikasında), fiziki və hüquqi şəxsləri həvəslən­dir­mək məqsədilə onlara vergi ödənişlərində (məsələn, bir sıra Şərqi Avropa ölkələrində) müəyyən güzəştlər edilmə­sində istifadə olunmuşdur. Şübhəsiz, həmin tədbirlərin sə­mərəliliyi vaxt amili və ölkənin iq­ti­sadiyyatında yaran­mış konkret vəziyyətin özünə­məx­sus cəhətləri ilə əlaqədardır. Belə proqram və təd­birlərin qeyri-sabit inkişaf meylləri ilə səciyyələnən iqtisadiyyatın təbii olaraq rastlaşdığı tənəz­zül, böhran, inflyasiya, işsizlik dövrlərində reallaş­dırıl­ması əlavə çətinliklər yaradır.

Çevik bir xarakter daşıyan fiskal siyasətin diskret tipi, ölkədə işgüzar fəallığın aşağı olduğu müddətdə, döv­lət vergi dərəcələrini azaltmaq istiqaməti faydalı ola bilər. Dövlət eyni zamanda özünün vəzifələrini normal su­rətdə həyata keçirmək üçün vergilərin dərəcələrini yük­səlt­mə­dən, xərclərini artırmaq zərurəti ilə rastlaşa bilər. Aydındır ki, vergi dərəcələrinin sabit qaldığı, ya­xud aşağı salındığı halda dövlət xərclərini artması mey­li, büdcədə müəyyən kəsir yaradacaqdır. Lakin yaran­mış konkret və­ziy­yətdən asılı olaraq, dövlətin həmin yolu seçməsi bu­nunla izah olu­nur ki, ölkənin təsərrüfat həyatının dinamik templərlə inkişafı, dövlət büdcəsinin balanslı (tarazlı) ol­ma­sından daha səmərəlidir. Deməli, dövlət və hakimiy­yət orqanları ilk baxışda əlverişli gö­rünməyən bu yoldan ümu­mi milli mənafe, habelə iqti­sa­diyyatın inkişafının perspek­tiv ma­raq­larını nəzər­də tutaraq, şüurlu surətdə həmin vasi­tələr­dən istifadə et­məyi məqsədəuyğun sayırlar.

«Ekonomiks» kitabının müəllifləri göstərirlər ki, öl­kə­də iqtisadi tənəzzül dövründə hökumətin fiskal siya­səti ekspansionist xarakter daşımalı və aşağıdakı üç va­riantda həyata keçirilməlidir. Birincisi, dövlət xərcləri çoxal­ma­lı­dır; ikincisi, vergilərin ümumi həcmi azalma­lı­dır; üçün­cü­sü, yuxarıda göstərilən hər iki variantdan istifadə olun­malıdır.

Dövlət xərclərinin çoxalması istiqaməti, son nəticə etibarilə məcmu tələbin və ölkənin ümumi daxili məh­su­lunun artmasını şərtləndirəcəkdir. Dövlətin vergiləri azalt­ma­sı xətti isə ölkədə ümumi daxili məhsulun həc­minin art­ması ilə yanaşı, eyni zamanda məşğulluq sə­viy­yəsinin yük­səldilməsinə və işsizliyin azalmasına sə­bəb olacaqdır. Dövlət xərclərinin çoxalması və ver­gi­lərin azaldılması va­riantlarından uyğunlaşdırılmış, yəni qar­şılıqlı surətdə isti­fadə olunması xətti də iqtisa­diy­yatın sabitləşdirilməsi pro­se­sinə müsbət təsir göstərə­cək­dir.

Ölkədə tələbin inflyasiyası baş verdikdə, yəni əmtəə-­xidmətlərin məcmu (ümumi) qiymətlərinin baha­laş­dığı bir şəraitdə təbiidir ki, dövlətin fiskal siyasəti də dəyişərək, bu prosesə məhdudlaşdırıcı və yaxud ləngi­dici xarakter veril­məsi zəruriliyi yaranacaqdır. Fiskal siyasətin inflyasiya pro­­sesinə qarşı tədbirləri, hökumət tərəfindən aşağıdakı istiqamətlərdə aparıla bilər: a)döv­lə­tin xərcləri azaldılır; b) vergi dərəcələri artırılır; c) xərc­lərin azaldılması və ver­gi­lərin artırılması xəttinin müx­təlif ünsürlərdən istifadə olu­nur. Konkret şəraitdən ası­lı olaraq bu variantların birin­dən, yaxud onlarrı ayrı-ay­rı ünsürlərindən kompleks surət­də istifadə olunması, öl­kə­də tələbin inflyasiyanı tənzim­lə­məyə imkan yara­dır.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə

yükləyin