Azərbaycanın fiskal siyasətinin əsas istiqamətləri.
Müstəqillik əldə etdikdən sonra Azərbaycanda 1992-ci ildən başlayaraq müasir büdcə-vergi sistemi qurulmağa başlamışdır. Ölkədə bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yeni maliyyə siyasəti həyata keçirilməkdədir. Ötən illər ərzində büdcə-vergi islahatları sahəsində müvafiq qanunverici baza formalaşmışdır. Belə ki, 2001-ci ildə yeni «Vergi Məcəlləsi» qəbul olunmuş və 2002-ci ildə «Büdcə sistemi haqqında» Qanun qüvvəyə minmişdir.
Ümumiyyətlə, həyata keçiriləcək büdcə siyasəti respublikada maliyyə sabitliyinin saxlanılmasını, inflyasiyanın aşağı salınmasını təmin etməklə, genişlənməkdə olan islahatların sürətlənməsinə təkan verməlidir. Bu zaman islahatların ilkin nəticəsi kimi əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsi təmin olunmalıdır. Bu məqsədlə büdcə siyasətində aşağıdakı istiqamətlərin həyata keçirilməsi nəzərdə tutulmalıdır:
büdcə proqnozları iqtisadi cəhətdən tam əsaslandırılmalı, vergilərin real yığılma imkanları düzgün qiymətləndirilməlidir;
büdcənin gəlir və xərcləri düzgün tarazlaşdırılmalı;
qeyri-neft sektorunda iqtisadi inkişafa nail olmaqla, büdcə gəlirlərinin yığım əmsalının artımını təmin edilməli;
vergi borclarının azaldılması istiqamətində lazımı işlər görürməli;
vergitutma bazasının genişləndirilməsi, vergidən yayınma hallarının qarşısının alınması və vergi nəzarətinin gücləndirilməsi məqsədilə vergi qanunvericiliyini təkmilləşdirilməli;
vergitutma bazasının genişləndirilməsi və vergidən yayınma hallarının qarşısının alınmalı;
dövlət mülkiyyətinin özəlləşdirilməsinin sürətləndirilməsi hesabına özəlləşdirmədən daxilolmaların artımına nail olmalı;
təyinatı üzrə əlavə dəyər vergisindən azadolmaların qanunla müəyyən edilməsinə nail olmalı;
büdcə xərclərində əhalinin sosial müdafiəsi və sosial təminata, səhiyyəyə, təhsilə, elmə, tikintiyə və s. sosial yönümlü məqsədlərə ayrılan vəsaitlər artırmalı;
dövlət büdcəsi kəsirinin strukturunun təkmilləşdirilməsi işini davam etdirməli;
büdcə kəsirini inflyasiya yaratmayan mənbələr hesabına maliyyələşdirməli;
dövlət qısa, orta vəa uzunmüddətli istiqrazlarının buraxılması ilə qiymətli kağızlar bazarını daha da inkişaf etdirmək, dövriyyədə olan artıq pul kütləsinin daha səmərəli şərtlərlə cəlb edilməsi məqsədi ilə investor şəbəkəsini genişləndirmək, bu kağızlara olan tələbatı artırmaqla, normal rəqabət prinsipləri əsasında faiz dərəcələrinin tənzimlənməsinə nail olmaq.
2010-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsinə görə, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin gəlirləri 10 015 000,0 min manat, xərcləri 11 264 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 9 552 016,1 min manat, yerli gəlirləri 462 983,9 min manat və mərkəzləşdirilmiş xərcləri 10 069 700,0 min manat, yerli xərcləri 1 194 300,0 min manat) məbləğində təsdiq edilir.
2010-cu il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 12 465 960.4 min manat, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, icmal büdcəsinin kəsiri 6 544 000,0 min manat məbləğində müəyyənləşdirilir. Belə ki, 2010-cu ilin büdcəsi 2009-cu illə müqayisədə daha çox azalan büdcə olacaq. Yəni 2009-cu ildə büdcənin gəlirləri 12 milyard 177 milyon manat idisə, 2010-cu ildə bu rəqəm 10 milyard 15 milyon manat olacaq. 2009-cu ilin büdcə xərcləri 12 milyard 355 milyon manat olmuşdusa, 2010-cu ildə 11 milyard 264 milyon manat olacaq.
2010-cu ilin dövlət büdcəsinin təhlilinə baxsaq görərik ki, bu ilki gəlirləri keçən ilki büdcə gəlirlərindən 18 dəfə azdır. Keçən illərdə olduğu kimi bu ildə büdcə gəlirlərinin əsası neft gəlirlərindən olacaqdır. Bu ilki büdcəyə əsasən Neft Fondundan dövlət büdcəsinə 4 milyard 915 milyon manat yönəldiləcək.
Vergi dərəcələrinin dəyişdirilməsi ilə iqtisadiyyatın potensial seviyyəyə yaxınlaşdırılmasında fiskal siyasət tədbirlərindən aktiv istifadə edilir. Fiskal siyasətin stabilləşdirmə məqsədilə aktiv istifadə edilməsinə iki əsas qrup məsələlər daxildir.
Birinci qrup məsələlər, fiskal siyasətin məhsul buraxılışının stabilləşdirilməsi işində hansı dərəcədə müvəffəqiyyətlə istifadə edilməsi ilə əlaqədardır.
İkinci qrup məsələlər, dövlət büdcəsi kəsrinin iqtisadi siyasətin məcmu tələbə genişləndirici və ya ixtisaredici təsirini əks etdirən yaxşı göstərici olması ilə bağlıdır. Başqa sözlə, büdcə kəsrinin ölçüsünün artması o deməkdirmi ki, məhsul buraxılışı səviyyəsini artırmaq məqsədilə tələbin həvəsləndirməsi üçün hökümət fiskal siyasət tədbirlərindən istifadə edə bilər? Digər tərəfdən büdcə kəsrinin ixtisar edilməsi demekdirmi ki, hökümət ÜMM-un həcmini azaltmaq məqsədilə məcmu tələbin ixtisarına istiqamətləndirilmiş fiskal siyasəti həyata keçirir?
Qeyd edək ki, büdcə kəsirinin ölçüsü fiskal siyasətin səmərəliliyinin yaxşı göstəricisi ola bilməz , çünki büdcə kəsiri fiskal siyasətdən asılı olmayaraq başqa amillər hesabına dəyişə bilər . Faktiki olaraq belə iki səbəb mövcuddur:
fiskal siyasətin özünü dəyişməsi;
dəyişməz fiskal siyasət şəraitində gəlirlərin müvazinətli səviyyəsinin dəyişməsi.
Məsələn, əgər investisiya tələbi ixtisar edilərsə və onun nəticəsində gəlirlərin səviyyəsi aşağı düşərsə , onda büdcə kəsiri artacaqdır. Fərz edək ki, iqtisadiyyatda dövlət xərcləri və vergi dərəcələrinin müəyyən səviyyəsi mövcuddur. İnvestisiya xərclərinin ixtisarı gəlirlərin səviyyəsinin aşağı düşməsinə, qeyd edilmiş vergi dərəcələrində isə alınan gəlir vergisinin məbləğinin azalmasına səbəb olur. Belə ki, gəlirlər 200 vahid ixtisar olunarsa , vergi dərəcəsi t=0,15 olduqda , vergi daxilolmalarının ümümi məbləği 30-a qədər azalacaq və bununla əlaqədar olaraq büdcə kəsiri həmin ölçüdə artacaqdır.
Deməli, büdcə kəsiri fiskal siyasətə aid olmayan investisiya tələbinin aşağı düşməsi nəticəsində dəyişirsə , bizə büdcənin elə alternativ konsepsiyası lazımdır ki, o, yalnız fiskal siyasətdə baş verən dəyişiklikləri əks etdirə bilsin. Belə bir konsepsiya büdcənin qiymətləndirilməsində ölkə iqtisadiyyatında tam məşğulluğun mövcudluğu ehtimalından istifadədir.
Tam məşğulluq şəraitdə büdcə konsepsiyası siyasətin özünün dəyişmələrinin büdcəyə təsiri səmərəsini ayırmağa imkan verir.
Dostları ilə paylaş: |