Referat elmi rəhbər : Dos. M. A. Rzayev tələbə : D. Xudiyev baki-2013 plan: Giriş


Tam məşğulluq büdcəsi iqtisadiyyatda tam məşğulluğun mövcudluğu şəraitində büdcə artıqlığı və ya kəsirin səviyyəsi ilə təyin olunur



Yüklə 478,82 Kb.
səhifə10/10
tarix01.01.2022
ölçüsü478,82 Kb.
#103071
növüReferat
1   2   3   4   5   6   7   8   9   10
Tam məşğulluq büdcəsi iqtisadiyyatda tam məşğulluğun mövcudluğu şəraitində büdcə artıqlığı və ya kəsirin səviyyəsi ilə təyin olunur.

Deməli, tam məşğulluq şəraitində büdcə cari gəlirlərin səviyyəsindən asılı deyildir.



Nəticə:

Ümumiyyətlə, həyata keçiriləcək büdcə siyasəti respublikada maliyyə sabitliyinin saxlanılmasını, inflyasiyanın aşağı salınmasını təmin etməklə, genişlənməkdə olan islahatların sürətlənməsinə təkan verməlidir. Bu zaman islahatların ilkin nəticəsi kimi əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsi təmin olunmalıdır. Bu məqsədlə büdcə siyasətində aşağıdakı istiqamətlərin həyata keçirilməsi nəzərdə tutulmalıdır:



  • büdcə proqnozları iqtisadi cəhətdən tam əsaslandırılmalı, vergilərin real yığılma imkanları düzgün qiymətləndirilməlidir;

  • büdcənin gəlir və xərcləri düzgün tarazlaşdırılmalı;

  • qeyri-neft sektorunda iqtisadi inkişafa nail olmaqla, büdcə gəlirlərinin yığım əmsalının artımını təmin edilməli;

  • vergi borclarının azaldılması istiqamətində lazımı işlər görürməli;

  • vergitutma bazasının genişləndirilməsi, vergidən yayınma hallarının qarşısının alınması və vergi nəzarətinin gücləndirilməsi məqsədilə vergi qanunvericiliyini təkmilləşdirilməli;

  • vergitutma bazasının genişləndirilməsi və vergidən yayınma hallarının qarşısının alınmalı;

  • dövlət mülkiyyətinin özəlləşdirilməsinin sürətləndirilməsi hesabına özəlləşdirmədən daxilolmaların artımına nail olmalı;

  • təyinatı üzrə əlavə dəyər vergisindən azadolmaların qanunla müəyyən edilməsinə nail olmalı;

  • büdcə xərclərində əhalinin sosial müdafiəsi və sosial təminata, səhiyyəyə, təhsilə, elmə, tikintiyə və s. sosial yönümlü məqsədlərə ayrılan vəsaitlər artırmalı;

  • dövlət büdcəsi kəsirinin strukturunun təkmilləşdirilməsi işini davam etdirməli;

  • büdcə kəsirini inflyasiya yaratmayan mənbələr hesabına maliyyələşdirməli;

  • dövlət qısa, orta vəa uzunmüddətli istiqrazlarının buraxılması ilə qiymətli kağızlar bazarını daha da inkişaf etdirmək, dövriyyədə olan artıq pul kütləsinin daha səmərəli şərtlərlə cəlb edilməsi məqsədi ilə investor şəbəkəsini genişləndirmək, bu kağızlara olan tələbatı artırmaqla, normal rəqabət prinsipləri əsasında faiz dərəcələrinin tənzimlənməsinə nail olmaq.

Yüklə 478,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin