Referat elmi rəhbər : Dos. M. A. Rzayev tələbə : D. Xudiyev baki-2013 plan: Giriş



Yüklə 478,82 Kb.
səhifə4/10
tarix01.01.2022
ölçüsü478,82 Kb.
#103071
növüReferat
1   2   3   4   5   6   7   8   9   10
Fiskal siyasətin avtomatik, yaxud «qurulmuş sa­bit­ləşdiriciləri» öz-özünü tənzimləmə sistemi və prinsip­ləri üzrə fəaliyyət göstərir. Bu o deməkdir ki, öl­kə­nin tə­sər­rüfat həyatının müəyyən mərhələsində inki­şafın qeyri-sabitliyi nəticəsində geriləmə prosesi baş verdikdə, ümumi daxili məhsulun həcminin azalması ilə bağlı, toplanan vergilərin də ümumi məbləği aşağı düşür. Bütün vergilər ölkədəki işgüzar fəaliyyət səviy­yə­sindən bilavasitə, yaxud dolayı yollarla asılı olduğun­dan, bu proses tamamilə təbii­dir. Çünki, demək olar bütün vergilər, o cümlədən şəxsi gə­lir vergisi ailələrin qazancından; əmək haqqı vergisi iş­çilərin və qulluq­çuların aldıqları maaşdan; sahibkarlıq fəaliyyəti ilə məş­ğul olanların və korporasiyaların gəlir vergisi isə onların əldə etdiyi mənfəətdən asılıdır. İqtisa­diyyatın obyektiv-subyektiv səbəblərlə bağlı rastlaşdığı bu pro­ses, avtomatik surətdə ümumi vergi ödənişlərinin həc­minə öz mənfi təsirini göstərəcəkdir.
Lakin iqtisadi geriləmə dövründə mütərəqqi tarif də­rəcələrinə əsaslanan vergi sistemində, vergi ödəyici­lə­rinin xeyrinə olan dəyişikliklər, yəni azalan gəlirlər­dən vergi ödənişlərinin aşağı düşməsi meyli ev təsərrü­fat­ları, şirkət­lər üçün faydalı olur. Belə ki, vergilərin daha aşağı dərəcə­lər­lə ödənilməsi prosesi müəyyən müddətdə məcmu tələbi stimullaşdıraraq, təsərrüfat hə­ya­tının səbatsızlığını nisbə­tən azaldır. Eyni zamanda iqtisadi geriləmə dövründə əha­liyə, onun aztəminatlı təbəqələrinə, işsizlərə transferlərin (müxtəlif ödəniş­lə­rin), yardımların, güzəştlərin edilməsi dövlət xərclərini artırsa da, lakin avtomatik surətdə məc­mu tələbin kəs­kin aşağı düşməsinin qarşısını alır. Zəncir­va­ri reaksi­ya­nı xatırladan bu proseslər nəticəsində dövlət büdcəsində kəsir yaranır. Dövlət büdcəsində vergi dərəcə­lə­rinin dəyiş­məsilə bağlı baş verən prosesləri, həm onun həc­minin azalmasını, həm də artmasını, yaxud defisit profisit hallarını, aşağıda verilmiş qrafıkdən görmək olar:

Yüklə 478,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin