Ölkədəki işgüzar fəallıqdan asılı olaraq dövlət büdcəsinin gəlir və xərclərindəki dəyişikliklər
Real ümumi daxili məhsul (ÜDM)
Mütəxəssislərin hesablamaları göstərir ki, son 100 ildə dünya ölkələrinin büdcə gəlirləri və xərcləri dinamik bir surətdə artsa da, lakin dövlət büdcələrinin gəlirlər və xərclər bölmələrinin müqayisəli təhlil nəticəsində, müəyyən illər istisna olmaqla, xərclərin daha üstün templərlə artması meyli güclənir.
Ölkənin ümumi daxili məhsulunun dinamik templərlə artması meyli, avtomatik surətdə vergilər vasitəsilə dövlət büdcəsinə ödənişlərin ümumi həcmini təbii olaraq genişləndirir. Vergi dərəcələrinin hətta dəyişməz qaldığı şəraitdə də ÜDM-in həcmi ilə fiziki və hüquqi şəxslərin vergi ödənişləri arasında düz mütənasiblik, yaxud asılılıq vardır. İqtisadi canlanma və yüksəliş dövlət
büdcəsində işsizlərə verilən ödənişləri, habelə digər yardımları, güzəştləri azaltdığından, büdcədə xərclərə nisbətən artıq vəsait (profisit) yaranır. Belə vəziyyətdə ilk növbədə əvvəlki illərdə dövlət büdcəsində yaranmış kəsirin, daxili və xarici borcların ödənilməsi həyata keçirilir.
İqtisadiyyatın sabitliyini təmin etmək üçün dövlət öz iqtisadi siyasət xəttində vergilərin artırılması, dövlət istiqrazları və səhmlərini dövriyyəyə buraxması kimi təcrübədə özünü doğrultmuş tədbirlər sistemindən də faydalana bilər. Lakin qeyd etmək zəruridir ki, konkret şəraitdən asılı olaraq tətbiq olunan fiskal siyasətin diskret və qeyri-diskret (avtomatik) tipləri, iqtisadiyyatın qeyri-sabit, tsiklik xarakterindən irəli gələn qanunauyğun prosesləri aradan qaldıra bilməsə də, şübhəsiz qarşıya çıxan problemlərin tənzimlənməsi, habelə idarə olunmasına imkanlar yaradır.
Maliyyə-vergi siyasəti iqtisadiyyatın stabilləşdiril-məsi üçün aktiv istifadə edilir. İqtisadiyyata böhran vəziyyətindən çıxmaq lazım olduqda o, dövlət xərclərini artırır və vergilər azaldılır. Yüksəliş dövründə isə dövlət xərcləri azaldılır və vergilərin səviyyəsi artırılır.
Müasir şəraitdə maliyyə-vergi siyasəti və büdcə bir-biri ilə bağlıdırlar. Bu siyasət dövlət büdcəsinin formalaşmasınında istifadə olunan əsas element sayılır. Digər tərəfdən isə o özündə büdcə xərclərini əks etdirir.
Dövlət bir sıra iqtisadi vəzifələri yerinə yetirir, dövlətə iqtisadi, sosial, siyasi və s. sahələrdəki işləri yerinə yetirmək üçün maliyyə vəsaiti tələb olunur. Bu məqsədlə dövlət pul vəsaitləri fondu yaratmağa məcbur olur. Dövlət büdcəsi dövlətin dayağı, təminatçısı və müdafiəçisidir.
Dövlət büdcəsində əsas məsələlərdən biri büdcəyə toplanan pulların hansı mənbələrdən əldə olunması və onun necə sərf olunmasıdır. Büdcədə gəlirlərin əsas hissəsini vergi və rüsumlar təşkil edir.
Büdcənin II bölməsi isə xərclər hissəsidir ki, burada gəlirlərin bölgüsü və yenidən bölgüsü prosesi həyata keçirilir
1999 – cu il üçün büdcəyə daxil olan vəsaitin hansı mənbələrdən gəldiyinə fikir verək.
(milyon manat)
Daxili maliyyələşdirmə 170000,0
Dövlət əmlakının özəlləşdiril -
məsindən daxil olan vəsait 130000,0
Qısamüddətli dövlət istiqraz
vərəqələrinin satışından
daxil olan vəsait 40000,0
Xarici maliyyələşdirmə 571375,9
Büdcə sistemi çox mürəkkəb bir mexanizmdir. Büdcə kəsiri olduqca ağır bir problemdir, onun yaranması büdcənin gəlir və xərcləri arasındakı nisbətin pozulması ilə müəyyən olunur. Büdcə kəsrinin baş vermə səbəbləri aşağıdakılardır.
1. İqtisadiyyata böyük həcmdə kapital qoyuluşları
2. Fövqəladə baş verən hadisələr
3. İqtisadiyyatda baş verən dəyişiklər üzündən tənəzzül, böhran, artım və s.
Fiskal siyasətin iqtisadiyyata stabilləşdirici təsir göstərməsi haqqında fikirlər «Böyük depressiya» illərindən sonra yarandı. Keynsin məşğulluq nəzəriyyəsi də bu fikirlərin güclənməsinə təsir göstərdi. Buna görə də 1946-cı ildə məşğulluq haqqında qanun qəbul olundu. Bu qanunun əsasında o durur ki, o höküməti iqtisadi stabilliyi saxlamaq üçün pul-kredit və fiskal siyasətlərdən istifadə etməyə məcbur edir. Bundan başqa 1978-ci ildə qəbul olunmuş Xemfri-Xoukins qanunu da var.
Fiskal siyasətin I mühüm vasitəsi vergilərdir.
Vergi özü nədir? Məncə bu suala belə cavab vermək olar. Vergilər dövlətin öz funksiyalarını icra etməsindən ötrü zəruri olan, bu ölkənin qanunvericiliyinin tabeliyində olan fiziki və hüquqi şəxslərdən dövlət və yerli hakimiyyət orqanları tərəfindən məcburi qaydada tutulan vəsaitlərdir.
Vergi sistemi hökümətlə bir yerdə yaranmış və inkişaf etmişdir. Vergilər hökümətin yaranması və siniflərin ayrılması zamanı « Vətəndaşların … dövlətin hakimiyyətini saxlaması … ödədikləri haqq …» kimi yaranıb. (K.Marks, F. Engels Əsərləri. 21-ci tom, səh 121.). Tarixdə hələ heç bir dövlət vergilərsiz mövcud olmayıb, çünki kollektiv tələbatlarını ödəmək üçün ona müəyyən bir miqdarda pul kütləsi tələb olunur ki, bu da yalnız vergi vasitəsilə toplana bllər. Buna görə də vergilərin minimal səviyyəsi hökümətin öz minimal funksiyalarını: –idarəetmə, müdafiə, məhkəmə, ordu və s. - yerinə yetirmək üçün lazım olan pul miqdarı ilə müəyyən olunur. Dövlətin nə qədər çox funksiyası olarsa o bir o qədər də vergi yığmalıdır.
Verginin iqtisadi mahiyyəti hökümətin fiziki və hüquqi şəxslərlə yaranan pul əlaqələrində xarakterizə olunur. Vergiyə iqtisadi kateqoriya ( ona xas olan funksiyalarla bir yerdə ) kimi baxmaq olar. Verginin aşağıdakı funksiyaları var:
Fiskal – gəlirlərin bir hissəsinin müəyyən olunmuş məqsədlər üçün büdcəyə verilməsi.
Stimullaşdırıcı – vergi güzəştlərinin və sanksiyalarının köməyilə texniki proseslərin, kapital qoyuluşları və istehsalın maliyyələşdirilməsinə dair suallar həll olunur.
Tənzimlənmə – büdcə ilə büdcədaxili sistemin arasındakı əlaqələrin tənzimlənməsi.
Bölüşdürücü – verginin köməyilə milli gəlirin yenidən bölüşdürülməsi.
Sosial – vergi güzəştlərinin vasitəsilə sosial infrastruktur obyektlərinin saxlanması; bəzi hüquqi və fiziki şəxslərin vergilərdən azad olunması.
Nəzarət – Bu funksiyanın köməyilə firmaların fəaliyyətinə, gəlir və xərclərin formalaşmasına nəzarət edilir. Effektivliyi vergi orqanlarının fəaliyyətindən asılılıdır.
Bugünkü vergi sistemi bazar sistemi fəaliyyətinin möhkəmlənməsinə, sahibkarlığın inkişafına kömək olmalı və eyni zamanda əhalinin aşağı maaş alan təbəqəsinin tamamilə dilənçiləşməsinin qarşısını almalıdır.
Ümumiyyətlə, fiskal siyasət “Fisk” latın sözündən götürülmüşdür və mənası “zənbil” deməkdir. İlk dəfə Qədim Romada pulların saxlandığı kassa, sonralar isə vergi, rüsum və digər gəlirlərin cəmləndiyi mərkəz – «fisk» adlandırılmışdır. Fiskal siyasətin əsas istiqaməti kimi, dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün, ayrı-ayrı fiziki və hüquqi şəxslərin gəlirlərinin müəyyən hissəsinin dövlət büdcəsinə cəlb edilməsinin olmasını qeyd etmək olar.
Fiskal siyasət, dövlətin büdcə və vergi siyasəti olmaqla, büdcə formalaşması siyasətini ifadə edir və eyni zamanda maliyyə siyasətinin tərkib hissəsi sayılır. Fiskal siyasət məcmu tələbin, məşğulluğun və gəlirin səviyyəsinə təsir etmək üçün dövlətin xərclərdən, vergiqoymadan və borclanmadan istifadə edərək həyata keçirdiyi siyasətdir. Bunu vurğulamaq vacibdir ki, fiskal siyasətdəki dəyişiklik məcmu tələb (aggregate demand) və məcmu təklifin hər ikisinə təsir edir.
Əsasən fiskal siyasət tələbin idarəolunması aləti kimi istifadə olunur. Ilk dəfə fiskal siyasəti ideyasını geriləmə əleyhinə istifadə etmək Con Maynard Keyns tərəfindən verilmişdir və Keynçilər belə hesab edir ki, vergi dərəcələrində və dövlət xərclərində dəyişiklik etməklə məcmu tələbi stimullaşdırmaq ən yaxşı vasitəsir. Bu tənəzzül və zəif iqtisadi fəallıq dövrü güclü iqtisadi inkişafın və tam məşğulluğun təmin edilməsi üçün istifadə olunur. Keynsçi büdcə siyasəti Kensçi iqtisadi təhlilə əsaslanır. Bu iqtisadi təhlilə görə, iqtisadiyyatın istehsal və pul bölmələrinin bir-birindən asılı olmadığını söyləmək mümükün deyildir. Bəzi iqtisadçıların fikirlərinə görə Keynisin büdcə siyasəti, zəif inkişaf etmiş ölkələrdə fəaliyyət göstərə bilməz.
Bəzi iqtisadçılar bu təhlilə əsaslanaraq, məcmu tələbdəki artımın, istehsalı və bilavasitə məşğulluğu artıracağı və vəsait mənbələrinin tam istifadə olunmasını təmin edilməsi qənaətindədirlər. Büdcə siyasəti, büdcə kəsiri vasitəsilə məcmu tələbdəki azlığı qaydaya salır və iqtisadiyyatı tam məşğulluğa cəlb edir, halbuki, zəif inkişaf etmiş ölkələrdə işsizliyin səbəbi məcmu tələbin aşağı səviyyədə olması deyil, iqtisadiyyatda mövcud investisiya bazarının hərəkətə gətirə biləcəyi əməyin həcmindəki artımlığıdır. Yəni, zəif inkişaf etmiş ölkələrdə investsiya qoyuluşu və yaxud investsiya imkanları az, iş qüvvəsi isə həddən artıq çoxdur. Belə şəraitdə kəsirin maliyyələşdirilməsi ancaq məcmu tələbin artırlmasına yol açır.
Monetaristlər belə düşünürlər ki, dövlət xərclər və vergilərdə dəyişiklik etməklə yalnız müvəqqəti olaraq məcmu tələbdə, gəlir və məşğulluğa təsir edə bilər və buna görə də monetar siyasət tələb və inflyasiyanın idarəolunmasına daha effektiv təsir edə bilər.
F iskal siyasətdəki dəyişiklik məcmu tələbə, milli gəlirə, qiymətlərə və məşğulluğa necə təsir edir? Bunu yuxarıdakı mexanizmdə görə bilərik.
Fiskal siyasətin aparılmasının 3 mümkün mövqesi vardır: Neytral, artırılmağa yönəldilmiş, azaldılmağa yönəldilmiş.
Neytral fiskal siyasət mövqeyində dövlət xərcləri vergi gəlirlərinə bərabər olur. (G=T). Dövlət xərcləri tamamilə vergi gəlirləri ilə maliyyələşdirilir və bu iqtisadi fəaliyyətin səviyyəsinə neytral təsir edir.
Artırılmağa yönəldilmiş fiskal siyasət mövqeyində dövlət xərclərin vergi gəlirlərindən çox olması ilə izah olunur. (G>T). Bu dövlət xərclərində artımla, vergi gəlirlərində azalma ilə yaxud hər ikisinin kombinasiyası ilə müşahidə olunur. Bu geniş büdcə defisitinin, yaxud əvvəlki ildə mövcud olandan çox kiçik büdcə artıqlığının baş verməsinə səbəb olur.
Azaldılmağa yönəldilmiş fiskal siyasət dövlət xərclərinin azalması və yüksək vergi gəlirlərinin artması zamanı baş verir. (G
Bunu isə aşağıdakı qrafiklə izah eləmək olar:
Vergi və xərclərin Makroiqtisadi sabitləşdirmə rolu
5 milyon xərcin artımı
Fiskal siyasətin məcmu tələblə qarşılıqlı əlaqəsini isə aşağıdakı qrafikdə görə bilərik:
Qiymət
AS
AD1
AD2
P1
20 milyon məcmu tələbdə artım
Dostları ilə paylaş: |