Referat fakültə: Bank işi Qrup: Bank işi 201 Mövzu: Bankların valyuta əməliyyatı Tələbə: Namazov Şamil



Yüklə 47,8 Kb.
səhifə2/5
tarix01.01.2022
ölçüsü47,8 Kb.
#106492
növüReferat
1   2   3   4   5
Bankların valyuta əməliyyatı

9


GİRİŞ

Valyuta hər hansı müstəqil dövlətin pul nişanəsidir. Valyuta ölkənin beynəlxalq iqtisadi mübadilədə və digər beynəlxalq  əlaqələrdə iştirak edən pul vahidi, milli banknotudur.

Valyutaya eyni zamanda beynəlxalq razılıqlar əsasında yaradılan hesablarda yazı kimi mövcud olan hesablaşma pul vahidləri də daxildir. Valyuta münasibətləri nisbi müstəqilliyə malik olub, tədiyə balansı, valyuta kursu, kredit və əməliyyatlar üzrə hesablaşma vasitəsi ilə həyata keçir. Valyuta münasibətləri ayrı-ayrı ölkələrin iqtisadi inkişaf səviyyələrinin və onlar arasındakı beynəlxalq iqtisadi münasibətlərin təkmilləşməsində əsas rol oynayır.

Milli valyutanın beynəlxalq hesablaşmalarda tətbiq edilməsi və onun xarici pul vahidlərinə dəyişdirilməsi ölkənin valyuta qanunları ilə tənzim edilir. Belə ki, bir ölkənin milli valyutası valyuta bazarında başqa ölkənin valyutasına dəyişdirilir və ya alınıb satılır.

Valyuta qanunlarında heç bir məhdudiyyət qoymayan ölkələrin valyutaları tam çevrilən (sərbəst) valyuta adlanır. Belə valyutalar xüsusi icazə olmadan hər hansı bir ölkənin valyutası ilə dəyişdirilə bilər. Buna valyutanın konvertləşdirilməsi deyilir. Belə valyutaya ABŞ, AB ölkələri, Yaponiya və s. ölkələrin pul vahidlərini misal göstərmək olar.

Qismən çevrilən valyutalara valyuta qanunlarına əsasən yalnız müəyyən sahələrdə dəyişdirilməsinə icazə verilən valyutalar aiddir. Dünyanın bir sıra ölkələrinin valyutaları çevrilmə qabiliyyəti olmayan valyutalar hesab olunur.

Bütün milli valyutalar  “kağızdır’’. Kapitalizm dövründə pul sisteminin hökmran formaları kimi ya bimetallizmi, ya da gümüş monometallizmi ayırmaq olar. XIX əsrin əvvəllərində Böyük Britaniyada (XIX əsrin ikinci yarısında digər ölkələrdə) qızıl bimetallizm yaranmağa başladı – kapitalizmin ümumi böhran dövrü üçün kağız bimetallizm xarakterikdir.



  1. Yüklə 47,8 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin