Rayonun mülki müdafiə dəstələri. Rayonun müəssisələrində, şəhər və qəsəbələrində bu dəstələr yaradılır: xilasedici dəstələr (komandalar), kəşfiyyat qrupları (manqaları), ətraf mühitin radioaktivliyini müşahidə postları, rabitə qrupları, sanitar drujinası dəstələri və sanitar drujinalan, yanğınsöndürən komandalar (bölmələr), ictimai asayişi mühafizə dəstələri (komandaları), zərərsizləşdirici ko-mandalar (qruplar), kənd təsərrüfatı heyvanlarını və bitkiləri mühafizə komandaları (qrupları).
Kənd yerlərindəki müalicə-profilaktika idarələrinin və şəhərlərdən köçürü-lən tibb idarələrinin bazası əsasında ilk tibbi yardım dəstələri, epidemiya əley-hinə səyyar dəstələr, ixtisaslı tibbi yardım dəstələri (briqadalar), həmçinin tibb xidmətinin idarələri (baza xəstə-xanaları idarəsi, çeşidləmə-köçürmə hospitalları, mərkəzi və profil xəstəxanaları) təşkil edilir.
Dəstələr istehsalat prinsipi əsasında komplektləşdirilir və təlimə cəlb edilirlər.
Dəstələrin ştatları və əmlakla təchizat tabelləri, bu sahədə təsərrüfatların imkanları, habelə qüvvə və vasitələrə olan tələbat nəzərə alınmaqla dəstələrin nümunəvi təşkili sxemləri və təchizat norması tabellərinə uyğun olaraq obyektin qərargahı tərəfindən işlənib hazırlanır.
Xilasedici dəstə 2-4komandadan ibarət olub, obyektin əsas mülki müdafiə dəstəsi sayılır. Xilasedici dəstə zədələnmiş adamları axtarmaq, uçqunlar altından, dağıdılmış sığınacaq və binalardan çıxarmaq, həkimə qədər yardım göstərmək, habelə onları zədələnmə ocağından aparmaq üçün nəzərdə tutulur.
Xilasedici dəstə bir iş növbəsi (8-10 saat) ərzində aşağıdakı işlərdən birini görə bilər: zədələnmiş 600-1200 nəfər adamı zədələnmə ocağından çıxarıb 250-350 m məsafəyə daşımaq; zədələnmiş 120-240 nəfəri uçqun altından, qismən uçulmuş binalardan çıxarıb 250-350 m məsafəyə aparmaq; qismən dağılmış xəndək və ya qazma tipli 60-120 daldalanacağın üstünü açıb sökmək; 18-36 sığınacaq və zirzəminin üstünü açıb sökmək. Həmin işləri yerinə yetirmək üçün dəstə, adə-tən, mühəndis texnikası və kənd təsərrüfatı texnikası ilə təmin olunur, habelə xüsusi məqsədli dəstələr ilə gücləndirilir.