Referat fənn müəllimi: S. Kərimov Tələbə: İ. Dadaşov Bakı-2012 plan giriş



Yüklə 270,56 Kb.
səhifə10/14
tarix01.01.2022
ölçüsü270,56 Kb.
#110357
növüReferat
1   ...   6   7   8   9   10   11   12   13   14
referat 1934

Rayonun mülki müdafiə dəstələri. Rayonun müəssisələrində, şəhər və qə­sə­bələrində bu dəstələr yaradılır: xilasedici dəstələr (komandalar), kəşfiyyat qrup­ları (manqaları), ətraf mühitin radioaktivliyini müşahidə postları, rabitə qrup­la­rı, sanitar drujinası dəstələri və sanitar drujinalan, yanğınsöndürən komandalar (böl­mələr), ictimai asayişi mühafizə dəstələri (komandaları), zərərsizləşdirici ko­-man­dalar (qruplar), kənd təsərrüfatı heyvanlarını və bitkiləri mühafizə ko­man­da­la­rı (qrupları).

Kənd yerlərindəki müalicə-profilaktika idarələrinin və şəhərlərdən kö­çü­rü­-lən tibb idarələrinin bazası əsasında ilk tibbi yardım dəstələri, epidemiya əley­-hi­nə səyyar dəstələr, ixtisaslı tibbi yardım dəstələri (briqadalar), həmçinin tibb xid­mə­tinin idarələri (baza xəstə-xanaları idarəsi, çeşidləmə-köçürmə hospitalları, mər­kəzi və profil xəstəxanaları) təşkil edilir.

Dəstələr istehsalat prinsipi əsasında komplektləşdirilir və təlimə cəlb edi­lir­lər.

Dəstələrin ştatları və əmlakla təchizat tabelləri, bu sahədə təsərrüfatların im­kan­ları, habelə qüvvə və vasitələrə olan tələbat nəzərə alınmaqla dəstələrin nü­mu­nəvi təşkili sxemləri və təchizat norması tabellərinə uyğun olaraq obyektin qə­rar­gahı tərəfindən işlənib hazırlanır.

Xilasedici dəstə 2-4 komandadan ibarət olub, obyektin əsas mülki müdafiə dəs­təsi sayılır. Xilasedici dəstə zədələnmiş adamları axtarmaq, uçqunlar altından, da­ğıdılmış sığınacaq və binalardan çıxarmaq, həkimə qədər yardım göstərmək, ha­belə onları zədələnmə ocağından aparmaq üçün nəzərdə tutulur.

Xilasedici dəstə bir iş növbəsi (8-10 saat) ərzində aşağıdakı işlərdən birini gö­rə bilər: zədələnmiş 600-1200 nəfər adamı zədələnmə ocağından çıxarıb 250-350 m məsafəyə daşımaq; zədələnmiş 120-240 nəfəri uçqun altından, qismən uçul­muş binalardan çıxarıb 250-350 m məsafəyə aparmaq; qismən dağılmış xən­dək və ya qazma tipli 60-120 daldalanacağın üstünü açıb sökmək; 18-36 sığınacaq və zirzəminin üstünü açıb sökmək. Həmin işləri yerinə yetirmək üçün dəstə, adə­-tən, mühəndis texnikası və kənd təsərrüfatı texnikası ilə təmin olunur, habelə xü­su­si məqsədli dəstələr ilə gücləndirilir.


Yüklə 270,56 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin