C++ dilində dəyişənlər proqramın istənilən yerində elan oluna bilər. Dəyişənlərə müraciət isə, yalnız dəyişənlərin elanından aşağı hissədə edilə bilər. Eyni tipdən olan bir neçə dəyişən ayrı-ayrı sətirlərdə və ya eyni elan sətrində elan oluna bilər.
Yuxarıdakı elanda biz y və z dəyişənlərini elan edirik və bu dəyişənlərə başlanğıc qiymətlər mənimsədirik. Bundan əlavə, C++ dilində aşağıdakı kimi mənimsətmə qaydalarından da istifadə olunur. Deyishen += qiymet;
Bu yazılış aşağıdakına ekvivalentdir.
Deyishen = deyishen + qiymet;
Buradan görürük ki, mənimsətmə operatorunun sağ tərəfindəki ifadədə onun öz qiymətindən istifadə olunur. Proqramlaşdırma nöqteyi nəzərindən burada hər şey qaydasındadır, belə ki, bu zaman dəyişənin əvvəlki qiyməti sağ tərəfin qiymətinin hesablanmasında istifadə olunacaq və yekun qiymət dəyişənə mənimsədiləcək.

Misal üçün:
X += 5; əməliyyatı x-in qiymətin 5 vahid artırır.
Və ya
X += y; əməliyyatı x-in qiyməti üzərinə y əlavə edir.
Eyni qayda vurma və çıxma əməliyyatlarına da aiddir.
X *= 5; əməliyyatı x-in qiymətin 5 dəfə artırır.
İnkrement və Dekrement.
C++ dilində İnkrement və Dekrement adlandırılan xüsusi operatorlar var ki, onlar dəyişənlərin qiymətini müvafiq olaraq, 1 vahid artırmaq və azaltmaq üçün istifadə olunur. Bunlar, uyğun olaraq aşağıdakılardır: