Referat Kurs: 1 Qrup: 1022a elmi rəhbər: Nəbiyeva Cəmalə Tələbə: Qasımova Aişə Plan Plan



Yüklə 387,41 Kb.
səhifə7/8
tarix06.11.2022
ölçüsü387,41 Kb.
#119045
növüReferat
1   2   3   4   5   6   7   8
dəyişənlər slide

Bu zaman kompilyator bu işarələr arasında yerləşdirilən mətni şərh kimi qəbul edəcək. Lakin səhvən proqram kodlarını şərh kimi verməyin. Bu zaman kompilyator onları nəzərə almayacaq. Onu da deyim ki, çox vaxt bu qaydadan proqramdakı səhvləri tapmaqda istifadə olunur (proqramın müəyyən hissəsini şərh kimi verib nəticəni yoxlamaqla).

Dəyişənlər yaradılarkən, harada saxlanılır?

Siz yuxarıda göstərilən kod hissəciyini yazarkən operativ yaddaşda Stack-də bir xana yaradılır və o xanaya yazdığınız məlumat yüklənir və xananın adı həmən yaratdığnız dəyişənin adı olur. Qiymət ala bilən tiplər yaddaşın stack hissəsində yerləşir.

Dəyişənlərin müqayisəsi və qiymətlərinin dəyişdirilməsi

Dəyişənlərin qiymətlərinin dəyişdirilmə və müqayisə imkanının olması proqramçıya çox geniş imkanlar verir. Dəyişənlərlə aşağıdakı əməliyyatları aparmaq olar.

*, -, +, /, =, ==, >, < * hasil, - çıxma, + cəm. Bizim üçün lazım olan ən vacib əməliyyat, dəyişənin qiymətinin dəyişdirilməsi əməlidir. Bunun üçün = operatorundan istifadə olunur. Bu operatora “mənimsətmə operatoru” deyirlər. Bu operatoru bərabərlik operatoru kimi qəbul etmək olmaz. C++ dilində bərabərlik operatoru olaraq == istifadə olunur. Aşağıdakı nümunələrə baxaq.

A = 4*6; /* proqramda bu sətir yerinə yetirildikdən sonra əvvəlki qiymətindən asılı olmayaraq, a-nın yeni qiyməti 24 olacaq. */

A = a + 5; /* a-nın yeni qiyməti əvvəlki qiyməti ilə 5-in cəminə bərabər olur. */

A == 3; /* a-ya heç bir yeni qiymət mənimsədilmir (a-nın qiyməti dəyişmir), sadəcə onun 3-ə bərabər olub-olmaması yoxlanılır. */

 

Yəqin ki, siz < və > operatorlarının necə işlədiyini düşünürsünüz. Onlar uyğun olaraq “böyükdür” və “kiçikdir” operatorlarıdır. Məsələn.

A < 5 /* a-nın 5-dən kiçik olmasını yoxlayır. */

A > 5 /* a-nın 5-dən böyük olmasını yoxlayır. */

A == 5 /* a-nın 5-ə bərabər olmasını yoxlayır. */

Proqramlaşdırmanı öyrənməyin yeganə yolu proqram yazmaqdır.


Yüklə 387,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin