Referat Mövzu: Elektron Marketinq Plan: Elektron marketinqin fəaliyyət sahələri


Web səhifələrin qaranlıq tərəfləri



Yüklə 76,7 Kb.
səhifə10/10
tarix10.01.2022
ölçüsü76,7 Kb.
#109458
növüReferat
1   2   3   4   5   6   7   8   9   10
5. Web səhifələrin qaranlıq tərəfləri.
İnternetin əhəmiyyətli perspektivləri ilə yanaşı həm də “qaranlıq” tərəfləri də vardır. Biz bu məsələ ilə bağlı qayğıların iki əsas cəhətini nəzərdən keçirəcəyik: İnternetin rentabelliyi və hüquqi-etik məsələləri.

İnternetin rentabelliyi Ən böyük narahatlıq rentabellik ilə bağlıdır. Bu, xüsusilə, B2C elektron ticarət məqsədilə tərtib edilən “,com”-lar üçün daha əhəmiyyətlidir. Heç kimin gözləmədiyi halda B2C elektron ticarətdən istifadə edən internet şirkətlərinin rentabelliyi çox aşağı səviyyədə olmuşdur. 1994-cü ildən ictimai səhnəyə çixan 465 İnternet şirkətlərindən yanlız 11-i hələ də fəaliyyət göstərir və gəlir əldə etməyə müvəffəq olur. Hələ də biznes ilə məşğul olan və digər şirkət tərəfindən mənimsənilməyən firmalar və etməyə müvəffəq olmuşdur. Mütəxəssislərdən biri bu prosesi “elektron səhifələrin kiçik, xoş sirri” adlandırır.



Sürətlə artmasına baxmayaraq, online marketinqi hələ də məhdud bazar məkanlarım əhatə etdiyi üçün problemlər ilə üzləşir. Elektron səhifələrin auditoriyası artsa da, online istifadəçiləri əhalinin digər təbəqələri ilə müqayisədə yüksək səviyyəyə və savada malikdirlər. Bu göstərici maliyyə xidmətləri, səyahət xidmətləri, kompüter avadanlıqları və proqramları, məhsulların digər növləri üçün Interneti ideal vasitəyə çevirir. Buna baxmayaraq, eyni göstərici əsas məhsul xətlərinin satılmasında online marketinqin effektivliyini azaldır. Bundan əlavə, bir çox məhsul kateqoriyasında istifadəçilər faktiki olaraq, alver həyata keçirməkdən daha çox, məhsulları araşdırmağa və onlan nəzərdən keçirməyə üstünlük verirlər.

Nəhayət, İnternet milyonlarla elektron səhifə və geniş həcmdə məlumatlar təklif edir. Beləlikb, Internetdən istifadə etməklə şirkətlər istehlakçıları çətin vəziyyətə sala, onlara əziyyət verə və nəhayət, planlarını poza bilərlər. Bu cür xaotik və qarmaqarışıq mühitdə bir çox elektron reklamlar və səhifələr diqqətdən kənarda qalır və ya istehlakçılar onlara daxil olmur. Hətta, bu reklamiar nəzərə çarpsa belə, marketoloqlar müştərilərin diqqətini cəlb etməkdə çətinliklərlə üzləşirlər. Aparılan bir araşdırmadan sonra müəyyən olunmuşdur ki, elektron səhifələr istehlakçıların diqqətini 8 saniyə saxlamalıdır. Bu baş verməsə diqqət rəqib reklamlara keçəcəkdir. Bu isə marketoloqların öz mallarını satması və təşviq etməsi üçün çox məhdud vaxtdır.
Yüklə 76,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin