Online-dan istifadə edən müştərilər.
Internetin yaranmasının ilk vaxtlarında ondan daha çox kompüter fanatları, texnika həvəskarları, gənclər, profesionallar istifadə edirdi. Elektron səhifələr inkişaf etdikcə, İnternetin demoqrafiyası da əhəmiyyətli dərəcədə dəyişdi. Hal-hazırda, Ameriaka ailələrinin təxminən 2/3-si İnternetdən istifadə edir. Elektron səhifələrdən istifadə artdıqca elektron əhalinin sayı daha da artır və müxtəlifləşir.
Müştərilərin Firmaların
hədəf seçilməsi hədəf seçilməsi
Bizneslər tərəfindən
tətbiq edilir
Müştərilər tərəfindən
tətbiq edilir
B2C Biznes – istehlakçı elektron ticarəti
B2B Biznesdən-biznesə elektron ticarəti
C2C İstehlakçı-İstehlakçı elektron ticarəti
C2B İstehlakçı-biznes elektron ticarəti
Təkcə bir neçə il bundan əvvəl, Internet istifadəçüərinin əksər hissəsi gözlənüdiyi kimi eyni qrupa məxsus idi. Onun əksəriyyətini gənclər, kişilər, kollec məzunlan və texnika həvəskarları təşkil edirdi. İndi isə tamam başqa bir vəziyyət yaranmışdır. Hal-hazırda, bütün seqmentlərdə, hətta aşağı gəlirlərə malik olan, inkişafa gec uyğunlaşan ailələrdə də Internet istifadəçilərinə rast gəlmək mümkündür. Yaranmış bu qanşıq mənzərə vaxtlarını “chat” (İnternetdə canlı söhbət məkam) otaqlarmda keçirən ağ dərili oğlanların Internetdən istifadə etdiyi dövrdən xeyli fərqlidir. Internetin yarandığı ilk dovrlərdən başlayaraq, elektron ictimaiyyət sürətlə inkişaf edib. İnternet, marketoloqlara online-da müxtəlif xidmətlər axtaran müxtəlif insanlarla əlaqə yaratmaq üçün böyük imkanlar yaradır. İndi Internetdən istifadə edən Amerika əhalisi lokal “Wal-Mart” dükanlarına hücum edən canavarlara bənzəyir.
Beləliklə, Internet elektron marketoloqlara geniş əhali seqmentləri ilə əlaqə yaratmaq imkatu verir. Məsələn, son araşdırmalar göstərmişdir ki, online-da 6 ildən çox alver edən ahcıların illik orta gəliri 79000 dollardan artıqdır. Online-da bazarlıq edənlərin 34 %-i qadmlar təşkil edir ki, onların 57%-i kollec məzunlarıdır. Bu qrupla müqayisədə, online-da bir ildən az müddətdə alver edən əhalinin illik orta gəliri 52000 dollardır. Onların 57%-i qadmlar təşkil edir və 39 %-i koüee diplomuna malikdir.14 Bu günlərdə hər kəs Internetə qoşulur:
Oakland şəhərindəki aşağı gəlirli şirkətdə ofis meneceri işləyən, iki övlad anası 51 yaşlı Doral Main açıqça almaq və qaçaqaçdan xilas olmaq üçün Internetdən istifadə etməklə öz qiymətli vaxtına qənaət edir. Onun 73 yaşlı atası Çarles Internetdən yenicə istifadə etməyə başlayıb. Taxta üzərində oymaq Çarlesin sevimli məşğuliyyətidir və bu səbəbdən o, online-dan istifadə edərək təchizatçılardan taxta alır. Hətta, Doral Main- in 11 yaşlı bacısı qızı Katerina-da “Disney.com” elektron səhifəsinə daxil olaraq hədiyyələr qazanmaqla elektron səhifələrdən zövq alır. Main İnternet haqqında belə deyir: “Bu artıq vərdişə çevrilib.” Artıq elektron səhifələr təkcə texnika fanatlarının sevimli məşğuliyyəti deyildir.
İnternetdə müxtəlifliyin artması marketoloqlara yeni elektron ticarət imkanları verməkdə davam edir. Məsələn, ındi elektron səhifələr bütün yaş qruplarına sirayət edir. Uşaqtar və gənclər İnternetdən daha çox istifadə edir. İndi 10-14 yaşlı uşaqların 65 %-i və 14-17 yaşlı uşaqların 75%-i internetdən istifadə edirlər. Beləliklə, bu “İnternet uşaqları” və gənc qruplar bir çox elektron marketoloqların diqqətini cəlb etmişdir. Digər yaş qrupları, o cümlədən 50 yaşına çatmış əhali. İnternet istifadəçilərinin 20 %-ı təşkil edir. 2007-ci ildə yaşı 65-i ötüb keçmiş 16 milyondan çox amerikalının İnternetdən istifadə edəcəyi I proqnozlaşdırılır. Gənclərin İnternetdən əyləncə və sosial fəaliyyətlərdən yararlanmaq məqsədilə | istifadə etməsinə baxmayaraq, yaşlı istifadəçilər bu vasitədən daha ciddi məqsədlər üçün | yararlanırlar. Məsələn, bu qrupun 24 %-i, 25-29 yaşlı istifadəçilərdən fərqli olaraq İnternetdən pul qazanmaq məqsədilə istifadə edirlər. Beləliklə, İnternetin yaşlı istifadəçiləri elektron biznes (gül dükanları, avtomobil satıcıları, səyahət və maliyyə xidmətləri təmin edən şirkətlər) üçün cəlb edici bazar rolunu oynayırlar.
İnternetdən istifadə edən istehlakçılar İnternetdən istifadə etməyən istehlakçılardan alver və marketinqə fərqli aspektdən baxdıqları üçün onlardan fərqlənirlər. İnternet vasitəsilə mübadilə prosesi müştərilərin təşəbbüsünə və nəzarətinə keçmişdir. İnternetdən istifadə edən şəxslər buradakı informasıyalara böyük dəyər verirlər və satışdan başqa heç bir şeyə önəm verməyən elektron səhifələrə mənfi münasibət bəsləyirlər. Ənənəvi marketinq özünə ancaq passiv auditoriyanı cəlb edə bilir. Ondan fərqli olaraq, elektron marketinq hansı şərtlərlə hansı məhsul baqqında nə kimi məlumatlar əldə edəcəyini elektron səhifələrdə aktiv şəkildə axtaran əhalini kədəfə alır. Beləliklə, elektron ticarətin yeni dünyası yeni marketinq yanaşmalanm tələb edir.
Dostları ilə paylaş: |