Referat Mövzu: Elektron Marketinq Plan: Elektron marketinqin fəaliyyət sahələri


Biznes - istehlakçı Web saytları (B2C web sites)



Yüklə 76,7 Kb.
səhifə3/10
tarix10.01.2022
ölçüsü76,7 Kb.
#109458
növüReferat
1   2   3   4   5   6   7   8   9   10
Biznes - istehlakçı Web saytları (B2C web sites).
İstehlakçılar almaq istədiMəri istəniiən məhsulu elektron səhifələrdən əldə edə bilərlər. Internet məhsul və xidmətlər üçün olduqca faydalı vasitədir. Alıcılar İnternet vasitəsilə daha rahat və az xərc çəkməklə öz alverlərini edirlər. Müxtəlif məhsulların özəllikləri və dəyərləri haqqında məlumat əldə etmək istəyən ahcılar üçün İnteraet anikal vasitədir. Amma, əl ilə toxunması və ya qabaqcaqdan yoxlanması tələb olunan məhsulların satm alınması prosesində Internetin rolu mənfi qiymətləndirilir. Məsələn, heç kim “Dell” və “Gateway” kompüterlərini görmədən, onu satmaqdan keçirmədən almaz.

İndi əhali böyük həcmdə mal sifariş etmək (“Gap” və ya “L.L.Bean”-dan paltarlar, “Amazon.com”-dan kitablar, “Ethan Allen”-dən mebellər, “Sears”-dan əsas avadanlıqlar, “Calyx & Corolla”-dan güllər, “Quicken Loans”-dan girovlar) üçün İnternetdən istifadə edir. “Calyx & Corolla”, “Gül Sevənlərin Gül Şirkəti” istehlakçılara birbaşa təzə güllər satır. Müştərilər rəngli kataloqlardan seçdikləri buket və gülləri 1-800-877-0998-ə zəng etməklə sifariş edib və ya öz sifarişlərini “C&C”-nin www.calyxandcorolIa.com elektron səhifəsində yerləşdirə bilərlər. Qəbul olıman sifariş birbaşa “FedEx” vasitəsilə gülləri yığan, paketə qoyan və yollayan “C&C”-nin Şəbəkəsindəki 25 gül becərənə çatır. Güllər müştərilərə gəlib çatdığı zaman öz təravətlərini itirmiriər və oniarın Ömrü pərakəndə dükanlardan alınan güllərin ömründən 10 gün çox olur. Mükəmməl informasiya sistemi, “FedEx” və gül becərənlər ilə yaradılan güclü ittifaq nəticəsində “Calyx & Corolla” böyük uğurlar əldə etmişdir.


Biznesdən-biznesə elektron ticarəti (Business to Business B2B).
Kütləvi informasiya vasitələrinİn biznes və ıstehlakçılar arasında ticarəti nəzərdə tutan elektron səhifələrə böyük maraq göstərdiklərinə baxmayaraq, online-da istehlak mallarının satılması firmalar arasında elektron ticarət B2B tərəfindən zəbt edilməkdədir. 2003-cü ildə B2B elektron ticarəti 4 trilyon dollara çatmışdır. Müqayisə üçün qeyd edək ki, bu rəqəm 2000-ci ıldə 282 milyard dollar olmuşdur. Araşdırmalardan biri göstərir ki, 2005-ci ilə qədər 500000-dən artıq müəssisə alıcı, satıcı və ya həm alıcı, həm də satıcı qisınində elektron ticarətdən istifadə edəcək. Digər bir araşdırma göstərir ki, Amerikada firmalar arasında ticarətdə pul xərcləmələrinin 1/3-i 2006-cı ilə qədər online-da həyata keçiriləcək. Bu firmalar yeni müştərilər əldə etmək, hazırki müştərilərə daha qabaqcıl xidmət göstəraıək, effektiv alıcılıq və rasional qiymətlər təmin etmək üçün firmalar arasında elektron ticarətin şəbəkələrindən, hərrac səhifələrindən, ııəğd mübadilələrdən, online məhsul kataloqlarından, barter elektron səhifələrindən və digər onlİne mənbələrindəa istifadə edirlər.

Biznes-biznes elektron ticarətindən istifadə edən əksər marketoloqlar indi məhsul haqqmda məlumatlar, müştərilərin alveri və online-da müştərilərə dəstək xidmətləri təklif edırlər. Məsələn, alıcılar “Sun Microsystems”-in elektron səhifəsinə (www.sun.com) daxil olaraq şirkətin məhsulları haqqında ətrafh məlumat alır, satış və xidmət haqqında informasiya təiəb edir və şirkətin heyəti üə qarşılıqh əlaqələr yaradırlar. Bəzi tanınmış şirkətlər demək olar ki. öz bizneslərini tamamilə Internet vasitəsilə həyata keçirir. Şəbəkə avadanlıqlan və proqramlan ıstehsalçısı “Cisco Systems” öz sifarişlərinin 80 %-dən çoxunu İnternet vasitəsilə qəbul edir.

Firmalar arasında elektron ticarət bəzən açıq ticarət birjalarında baş verir. Açıq ticarət birjalan deyərkən alıcı və satıcıların onliııe-da razılaşaraq məlumat mübadiləsi etməkiə sərfəli sövdələşmələr apardığı nəhəng elektron bazar məkanı başa düşülür. Aşağıda açıq ticarət birjasına aid misal göstərilmişdir'. “Covisint” avtomobil sənayesinin ictimaı mübadiləsini həyata keçirən elektron səhifədir. “Covisint” üç boyük avtomobil istehsalçısı (“DaimlerChrysler”, “Ford”, “General Motors”) tərəfindən birgə yaradılmışdır. Indi bu elektron səhifə ümumilikdə 11 avtomobil istehsalçısını dünyamn müxtəlif ölkələrindəki 5000 təchizatçı ilə birləşdirir. “Covisint” keçən il sifariş ilə 50 milyard dollar dəyərində avtomobil hissələri satmışdır. Avtomobil istehsalçılarınm menecerləri avtomobil hissələri üçün edilən sifarişləri “Covisint”-in hərrac nümayəndələrinə təqdim edir və onlar əvəzində hərraclar keçirirlər. Hərrac nümayəndələrindən biri belə deyir: “Bu hərraclar milyonlarla insanlar üçündir.” “Govisint”-in təşkil etdiyi ən böyük hərrac dörd gün davam etmişdir. Həmin hərracda “DaimlerChraysIer” 2.6 milyard dollar dəyərində avtomobil hissələri almışdır. Müqayisə üçün qeyd edək ki, hərrac həyata keçirən digər elekrton səhifə “eBay” bu yaxınlarda bütün il boyu cəmi 2.4 milyard dollar dəyərində ümumı mal satışı həyata keçirdiyini bəyan etmisdir.20

Bu tip elektron bazar məkanlarından istifadə olunmasına baxmayaraq, İnternetdə araşdırma aparan firmalardan biri biznesdən-biznesə elektron ticarətin 93 %-nin fərdi elektron səhifəiəri iiə idarə edıldiyini qeyd edir. Artıq, online satıcıları fərdi ticarət şəbəkələrini yaradırlar. “Conisint” kimi açıq ticarət birjalan çoxsaylı online ahcılan və satıcılan arasında sövdələşmələrin bağlanması prosesini asanlaşdırır. Ondan fərqli olaraq, fərdi ticarət birjalan xüsusi satıcıları öz ticarət tərəfdaşlan iiə əlaqələndirir.

Fərdi mübadilələr təkcə sövdələşmələrin bağlanması ilə məhdudlaşmır. Bu mübadilə zamanı satıcı məhsulun təqdim olunması prosesi üzərindəki nəzarəti ələ keçirir və onlara alıcılar və satıcılar ilə dəyər əlavə olunmuş xidmətlər vasitəsilə güclü əlaqələr yaratmaq imkam verir. Buna misal kimi kondisioner və istilik sistemləri istehsal edən “Trane” şirkətini göstərmək olar:

Ötən payızdan “Trane” Internetdəki bizneslər arası elektron ticarət biznesinin qız- ğın nöqtəsinə çevrilmişdir. Bizneslər arasında açıq ticarət birjalarında iştirak edən hər bir tikinti şirkəti “Trane”-yə qoşulmaq istəyir. “Trane” şirkətinin elektron biznes şöbəsinin başçısı A. Bierkamp belə deyir: “Construction.com, MyPlant.com və My Facility.com ilə birlikdə biz həftədə beş zəng qəbul edirik.” Amma, aparılan bir sıra müzakirələrdən sonra Bierkamp bu üçüncü tərəf şirkətlərin onlara heç bir fayda verməyəcəyi qənaətinə gəlmişdir. Beləliklə, may ayında “Trane” öz fərdi mübadilə şəbəkəsini yaratmışdır. Bu şəbəkə onun 5000 dilerinə malları gözdən keçirmək, avadanhq almaq, çatdırmaların cədvəlini müəyyən etmək, malların texniki sınağını təşkil etmək imkanı verir. Bu elektron səhifə vasitəsilə “Trane” səmərəli idarəetməni həyata keçirir və öz brəndinin adının təqdimatı üzərində nəzarəti itirmədən və ya açıq mübadilədə rəqiblərinə dirsək göstərmək riski ilə üzləşmədən istehsal xərclərini azaldır. Bierkamp soruşur: “Axı, hansı səbəbdən üçüncü tərəf müştərimiz ilə bizim aramıza girməlidir?”




Yüklə 76,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin