Referat Mövzu: Elektron Marketinq Plan: Elektron marketinqin fəaliyyət sahələri


Elektron ticarətin gələcəyi və problemləri



Yüklə 76,7 Kb.
səhifə9/10
tarix10.01.2022
ölçüsü76,7 Kb.
#109458
növüReferat
1   2   3   4   5   6   7   8   9   10
4. Elektron ticarətin gələcəyi və problemləri
Elektron ticarət gələcək üçün böyük vədlər verməklə yanaşı, həm də bir sıra problemlər yaradır. İodi biz elektron ticarətin perspektivəri və “qaranlıq tərəflərini” nəzərdən keçirəcəyık.


Elektron ticarətin perspektivləri
Bir çox radikal fikirli mütəxəssislər hələ də məlumat və satın almanın mənbəyi kimi İnternetin gələcəkdə jurnalları, qəzetləri və dükanları tamamilə əvəz edəcəyini iddia edir. Buna baxmayaraq, bu tip “qızğın” “.com”-lar artıq soyumuş, əvəzində isə daha real fikirlər meydana gəlmişdir, Mütəxəssislərdən biri belə deyir: “İnternet inqilabında ikinci hərəkata başlamağın vaxtı yetişmişdir. Birinci hərəkat ‘\com”-lara və kiçik banklara məxsus idi. İndi onlar öz fabriklərini, anbarlarını və müştərilərini elektron səhifələrə köçürən iri şirkətlər ilə əvəz olunub.”

Heç şübhəsiz ki, online marketinqi İnternet flrmaları (məsələn, Amazon.com, eBay, Expedia, Earthlink) və birbaşa marketinqdən istifadə edən şirkətlər (məsələn, Dell Computer) üçün ideal biznes modeli olacaqdır. “Michael Dell” şirkətinin məqsədi bir gün Internetdə, qlobal səviyyədə bütün müştərilər ilə istənilən növdə sövdələşmələr bağlamaqdır. Amma, əksər şirkətlər vahid marketinq kompleksində online marketinqini digər mühüm vasitələrdən fərqləndirməyəcəklər.

Nəhayət, şirkətlər tərtib etdikləri gündəlik strategiya və taktikalar ilə elektron ticarət sahəsində təcrübələrini artırdıqca, “elektron” kəlməsi elektron biznes və elektron marketinq kəlməsindən fərqli mənada işlənəcəkdir. Biznes mütəxəssisi Michael Porter belə deyir: “Burada əsas məsələ Internet texnologiyasını inkişaf etdirib etdirməmək deyildir. Belə ki, rəqabət aparmaq istəyən şirkətin bunu etməkdən başqa heç bir yolu yoxdur. Əsas məsələ inkişaf yolunu müəyyən etməkdir. Biz Internet sənayesi, elektron ticarətin strategiyalan və yeni iqtisadiyyatlar haqqında ritorikanı bir kənara qoyub İnternetin bizə nə üçün lazım olduğunu dəqiq müəyyən etməliyik. Bu güclü alətlər şəbəkəsindən istənilən sənaye sahəsində hər hansı bir starategiyamn tərkib hissəsi kimi səmərəli və ya səmərəsiz istifadə oluna bilər.”


Yüklə 76,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin